Başqa bir yazımızda Türkiyədəki təhsil və tələbələrin niyə Türkiyədə təhsil almağı seçdikləri barədə yazmışdıq. Qeyd etdiyim kimi, tələbələrin Türkiyədə təhsil almaq istəməsinin səbəblərindən biri də yolun uzaq olmaması, yaşayış şərtlərinin yaxşı olması, qiymətin aşağı olması və dilimizin oxşar olmasıdır. Tələbələri maraqlandıran bir başqa məsələ də Türkiyədə pulsuz təhsildir. Türkiyədə ödənişsiz təhsil almaq üçün necə?
Türkiyədə pulsuz təhsil. Təqaüd proqramıları.
Türkiyə Bursu, Türkiyənin ən məşhur təqaüd proqramıdır. Proqram hər il dünyanın istənilən nöqtəsindən minlərlə tələbəyə tam təqaüd verir. Təqaüd proqramlarına üstəlik, Türkiyədə təqaüd verən bəzi fondlar da var.
Türkiyədəki bir çox böyük ali təhsil müəssisəsi təqaüd proqramı elan edir. Universitetdə ödənişsiz təhsil almaq üçün əvvəlcədən və ya daha sonra təqaüd proqramına müraciət edə bilərsiniz. Universitet hər il təqaüd proqramını təzələyir. Buna görə yeni tədris ilində şərtlər fərqli olur, şərtlər barədə daha dəqiq məlumat üçün bizimlə əlaqə saxlayın.
TQDK qəbul balları yuxarı olan tələbələr Türkiyədə pulsuz təhsil ala bilərlər. Bu halda ümumiyyətlə orta hesabla 600+ balı olan tələbələr seçilir.
Azərbaycan vətəndaşlarının bütün tələbələri bakalavr, magistr və doktoranturada türkiyədə təhsil ala bilərlər.
Türkiyədə təqaüd almağın üstünlüklərinələrdir?
1. Tələbələri ödənişsiz yaşayış və yeməklə təchizedilir.
2. Türk təqaüd proqramı vasitəsilə sağlamlıq sığortası da əldə edəcəksiniz.
3. Qəbul olunduğunuz universitetdə ödənişsiz oxuyursunuz.
4. Təqaüd əldə etdikdən sonra Türkiyəyə ilk səyahətiniz və məzun olduqdan sonra geri dönərkən biletləriniz universitet tərəfindən qarşılanacaq.
5. Ən vacib məsələlərdən biri təhsil zamanında təqaüd almağınızdır. Təqaüdlər hər il çoxaldığını söyləyə bilərik. Ətraflı bilgi üçün bizimlə əlaqə saxlayın.
6. Qeydiyyatdan keçdiyiniz vaxt Türk dili imtahanından keçmisinizsə, bir il içində Türk dilini öyrənəcəksiniz. Bu müddət ərzində təqaüd əldə edə biləcəksiniz.
Türkiyə təqaüdünün tələbləri nədir?
Təhsil dərəcəsindən asılı olaraq təqaüd proqramlarına müraciət üçün yaş limitləri mövcuddur. Bakalavrların yaş sərhədi 21, magistrlər 30, doktorantlar üçün 35-dir.
GPA ümumi orta təhsil indeksi tətbiq olunan sənət və təhsil dərəcəsindən asılıdır. Bakalavr dərəcəsi üçün hədd 70%, magistr və doktorantura hüququ 75% -dir. Qeyd etmək istərdik ki, təqaüd proqramı ancaq ortalama deyil, həm də ictimai fəaliyyətləri və təcrübəni nəzərə alır.