Həftəlik tədbirlər gündəliyi

"YARAT Freestyle: Mugham Souls" konserti

2018/04/12 / 26

Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu, Azərbaycanda Frankofoniya Həftələri çərçivəsində Pyer de Treqoman və Qoçaq Əsgərovun "Mugham Souls" adlı konsertini təqdim edirlər. Tədbir YARAT Müasir İncəsənət Mərkəzində 12 aprel tarixində, saat 19:00-da baş tutacaq. 

Fransalı caz musiqiçisi Pyer de Treqoman muğam sənətinin sirlərini öyrənmək üçün Azərbaycana gəlir. Ölkəmizdə olduğu müddətdə o, muğam ustası Qoçaq Əsgərovla tanış olur. Bu dostluq və eyni zamanda peşəkar tanışlıq nəticəsində, iki musiqiçi görünməmiş mədəniyyətlərarası əməkdaşlığa başlayırlar. Onlar birlikdə ənənəvi muğama əsaslanan, fərdi kompozisiya və improvizasiyalardan ibarət repertuar yaradırlar. Birgə yaradıcılığın nəticəsi olaraq, 2016-cı ilin noyabr ayında Bakı Muğam Mərkəzində "Mugham Souls" adlı konsert ilə çıxış edirlər. 2017-ci ilin noyabrında isə İtaliyanın "Felmay Records" səsyazma şirkəti tərəfindən eyni adlı albom buraxılır. 
Albomun işıq üzü görməsi münasibətilə Qoçaq Əsgərov və Pyer de Treqoman, Əsgər Məmmədovun tarda müşayiəti ilə Bakıda konsertlə çıxış edəcəklər.

12 aprel, 19:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Frankofoniya Həftələrinin proqramı ilə burada tanış ola bilərsiniz:http://urlz.fr/6OuM
Əlavə məlumat üçün: www.ifa.az 
Facebook: https://www.facebook.com/Francophonie2018/