Hər bir millətin və ölkənin haqqında çoxlu stereotiplər mövcuddur. Bəziləri doğrudur, bəziləri isə qəribədir. Bu mənada Fransa və fransızların bəxti daha çox gətirib, axı onlara, bir qayda olaraq, müsbət xüsusiyyətləri aid edirlər: eleqantlıq, üslub hissi, nəzakət, sevgi. Amma istənilən stereotiplərin arxasında zəngin və dərin milli xarakter gizlənir.


Bu gün biz fransızların digər ölkələrin sakinlərindən nə ilə fərqləndiyindən və Fransadakı həyatın ən qeyri-adi xüsusiyyətlərindən danışacayıq:
  1. Görüş zamanı fransızlar öpüşürlər və öpüşlərin sayı regiona görə dəyişir.
  1. Fransada nahar fasiləsi 2 saat davam edir.
  1. Fransada bazar günləri mağazalar işləmir.
  1. Fransızların əksəriyyəti dişlərini səhər yeməyindən sonra təmizləyir, oyanan kimi yox.
  1. Kruassan, əslində, Vyanadan olmasına baxmayaraq, Fransanın simvollarından biri sayılır və əsl fransız kruassanları yalnız içliksiz olanlardır.


 
  1. Fransız dilində hər kəsə tanış olan "menyu" sözü müəyyən bir yemək dəsti, biznes-lanç kimi bir anlayışdır. "Menyu" isə fransız dilində “carte” deməkdir.
  1. Fransada hər yerdə çaypulu vermək adətdir.
  1. Bütün Fransada kafe və restoranlarda çörək və su pulsuz verilir - bu qanun ilk dəfə Napoleon tərəfindən tətbiq edilmişdir.
 
Bəs sizin fransızlar haqqında bildiyiniz maraqlı faktlar var?

Yazdı: Xatirə Vəliyeva