Avropa Azərbaycanda

« Tətilə Çıxın! » adlı Vintaj poster sərgisi.

2018/04/09 / 235

İsveçrənin Azərbaycandakı səfirliyi bu ilki Frankofoniya həftələrində böyük məmnuniyyətlə, geniş ictimaiyyətə ünvanlanmış və ödənişsiz tədbiri təqdim edir:

 

Azərbaycan Milli İncəsənət Muzeyində « Tətilə çıxın ! » adlı Vintaj poster sərgisi. 13-26 aprel 2018-ci il, muzeyin ikinci mərtəbəsi.

 

Məmnuniyyətlə hər kəsi aprelin 13-ü, cümə günü, saat 19.00-da sərginin açılışına dəvət edirik. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İsveçrə Səfiri və tərəfdaş təşkilatı olan Tourism Switzerland-ın nümayəndəsi iştirak edəcək.

 

« Tətilə çıxın ! »  adlanan sərgi bir əsr ərzində (1971-2017) İsveçrədə turizmi təşviq edən vintaj posterlərin gözəl seçimindən ibarətdir. Tarixi və rəssamlıq baxımından dəyərli posterlərin geniş kolleksiyası « Switzerland Tourism » təşviqat assosiasiyasının 100 illik yubileyi münasibəti ilə ötən il İsveçrənin bir sıra muzeylərində nümayiş olunub.

 

Bəzilərinin əllə çəkildiyi vintaj posterlər İsveçrə tarixinə şahidlik edir, bizim bir sıra məşhur istirahət məkanlarını təsvir edir və bu posterlərdə toxunulmamış təbiət və landşaft, infrastruktur, idman tədbirləri və insanlar kimi gözəl motivlər seçilib.

 

İsveçrə səfirliyi partnyor və sponsorlara, xüsusən də Milli İncəsənət Muzeyi, Mədəniyyət və Turizm

Nazirliyinə, «Switzerland Tourism»ə  (cənab Federico Sommaruga), Trans Adriatik Boru Kəməri (TAP)

və İsveçrənin enerji ticarət şirkəti olan Axpo Holdinqə təşəkkür edir.

 

Sərgi iki həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində açıq olacaq. Sərgiyə giriş pulsuzdur.