Avstraliyanın cənub-şərq sahillərini əhatə edən yanğınlar nəticəsində 25 nəfər və təxminən yarım milyard heyvan ölüb. SizinAvropa.az heyəti olaraq biz də bu faciə haqqında məlumat paylaşmaq istərdik.  Son hesablamalara görə, ölkədə 6 milyon hektara yaxın meşə, 2 min yaşayış binası və üç min inzibati bina məhv edilmişdir. Böyük şəhərlərdə insanlar çirklənmə səviyyəsi "həyati təhlükəsi" kritik nişanından on qat yüksək olan hava ilə nəfəs almalı olurlar.
 
Genişmiqyaslı meşə yanğınları 2019-cu ilin oktyabr ayının ortalarında Avstraliyanı bürüdü — Yeni Cənubi Uels və Viktoriya ştatlarının əraziləri yanğından ən çox zərər gördülər, yerli sakinlər dörd ay ərzində bir neçə dəfə təxliyə edilmişdirlər.
 
Melburnun yerləşdiyi Viktoriya ştatında rəsmi məlumatlara görə, 67 min insan yanğından qaçmaq üçün evlərini tərk etdilər. Yanğından zərər görən insanlar pul kompensasiyasına ümid edə bilərlər. Bu məqsədlə Avstraliya hökuməti 1,2 milyard avro ayırıb.
 
Meşə yanğınlarında heyvanlar ölür. Hər kəsi xilas etmək mümkün deyil. Xüsusilə həssas koalalardır, hansılar ki, həyatın çox hissəsini ağaclarda keçirirlər. Yanğın bölgələrindən birində bu heyvanların əhalisinin üçdə ikisi həlak olub.


 
Avstraliya niyə yanır?
 
Avstraliyanın Baş naziri Skott Morrison yanğının səbəbini üç ildir ölkəni tərk etməyən quraqlıq adlandırdı - onun sözlərinə görə, belə hava şəraiti səbəbindən ölkənin şərqindəki bitkilərin əksəriyyəti quruyub, bu da öz-özünə yanmağa və yanğının yayılmasına səbəb olub.


 
BBC televiziya kanalının verdiyi məlumata görə, yanvarın 4-də Sidney bölgəsində meteoroloqlar +47,3°C istiliyi qeydə aldılar — 75 ildir ölkədə havanın istiliyi bu dərəcələrə çatmamışdır.
 
Bəzi alimlər də iddia edirlər ki, Avstraliyada yanğınların yaranmasının əsas səbəbi qlobal istiləşmə olub.
 
Avstraliyaya necə kömək etmək olar?
 
Avstraliyada təbii fəlakətə reaksiya verən bir çox tanınmış şəxsiyyətlər bu qitəni xilas etmək üçün pul bağışladılar və hər kəsi avstraliyalılara kömək etməyə çağırdılar.
 
İndi Avstraliyanın baton dünyanın köməyinə ehtiyacı var və hər kəs kömək edə bilər. Hal hazırda üç təşkilat faciəyə kömək etməklə məşğul olur: @nswrfs, @redcrossap və @wireswildliferescue. Bu saytlarda üç addımdan istifadə edərək yanğınlarla mübarizə aparmaq üçün istənilən məbləği bağışlaya bilərsiniz:
 
  1. Təşkilata köçürmək istədiyiniz məbləği göstərin
  2. Məlumatlarınızı daxil edin
  3. Bank kartı ilə köçürmə edin.

    Hazırladı: Xatirə Vəliyeva