Avropada Təhsil

Şərqi Tərəfdaşlıq Siyasətinin gələcəyi haqqında tələbələr üçün Essey Müsabiqəsi

2019/02/07 / 238

Yanvar ayının 31-də, Polşa Respublikasının Xarici İşlər Nazirliyi Jacek Czaputowicz və Litva Respublikasının Xarici İşlər Nazirliyi Linas Linkevicius Şərqi Tərəfdaşlıq Siyasətinin gələcəyi haqqında tələbələr üçün Essey Müsabiqəsinin təşkilatı haqqında Memorandum imzaladılar.

Müsabiqənin qaydaları:

  • Müsabiqə Şərq Tərəfdaşlığı üzv ölkələrinin universitetlərindən olan bütün tələbələrə açıqdır.
  • Tələbələr Şərq Tərəfdaşlığı üzv ölkələrindən birinin vətəndaşı olmalıdırlar.
  • Essey ingilis dilində yazılmalıdır.
  • Tələblər: Essey MS Word (.doc or .docx.) və ya PDF (.pdf) formatında; şrift - Times New Roman; şriftin ölçüsü - 12; aralıq – tək; esseydə sözlərin sayı - 5,000 və 6,000 arasında (10-12 səhifə, A4 formatda);
  • Hər bir müraciətçi bir dəfə iştirak edə bilər.
  • Essey elektron formada müəllifin imzaladığı bəyannamə, eyni zamanda məllifin əlaqə nömrəsi, e-mail ünvanı və yaşadığı ünvanın qeyd olunduğu CV ilə birlikdə daxil edilməlidir.
  • Son müraciət tarixi 5 Aprel 2019-cu ildir.

 

QEYD: Azərbaycan, Belarusiya və Ermənistandandan olan esseylər həmin ölkədə yerləşən Polşa Səfirliyinə, Gürcüstan, Moldova Respublikası və Ukraynadan isə həmin ölkədə yerləşən Litva Səfirliyinə təqdim edilməlidir.

 

Azərbaycanda Polşa Səfirliyi – baku.amb.sekretariat@msz.gov.pl

Belarusiyada Polşa Səfirliyi – minsk.amb.sekretariat@msz.gov.pl

Ermənistanda Polşa Səfirliyi – erewan.amb.sekretariat@msz.gov.pl

 

Hər Şərq Tərəfdaşlığı ölkəsindən bir qalib 30 Aprel 2019-cu ildə elan olunacaq.

 

Mükafat

 

Qaliblər Şəq Tərəfdaşlığının 10 illiyi münasibəti ilə 2019-cu ildə təşkil olunacaq yüksək səviyyəli siyasi tədbirlərin birinə dəvət olunacaqlar.

 

Qaliblərə eyni zamanda Polşa Respublikasının Nazirliyi və Litva Respublikasının Nazirliyi adından fəxri təbrik məktubu təqdim olunacaq.

 

Xahiş edirik daha ətraflı məlumat üçün Şərq Tərəfdaşlığı ölkələrində yerləşən Polşa və Litva Səfirliyi ilə əlaqə saxlayasınız.