Son xəbərlər

Od və Su - Barokko Muğam konserti

2019/03/10 / 51
 
VenesiyaAzərbaycan, Su şəhəriOdlar yurdu! Bu möhtəşəm iki ölkəni uzun müddət İpək yolu, müasir dövrümüzdə isə dostluq və mədəniyyətə olan bağlılıq birləşdirir.
 
Su və Alov- Barokko Muğam konserti bir birindən fərqlənən lakin eyni zamanda melodiya və harmoniya aspektində səciyyəvi xüsusiyyətlərə malik iki musiqi janrını birləşdirməklə bu ərazilərin tarixi münaibətlərini yenidən bərpa etmək niyyətindədir. İlk dəfə keçiriləcək bu konsert rejissor Eyyub Quliyevin, İtaliyanın dünya üzrə mədəniyyət səfiri, fleytaçı Luisa Sello, Fəridə Məmmədova-soprana, Sahib Paşazadə-tar, Toğrul Əsədullayev-kamança, Soltan Əliyev -nağara, Kəmalə Əlizadə-piano və Bakı Opera Teatrı orkestrinin çıxışı ilə baş tutacaq.
 
Konsert Venesiyanın Ca’ Foscari Universitetinin, etnomusiqi janrının professoru Covanni De Zorzi tərəfindən təqdim olunacaq. Konsertin bədii rejissoru məşhur İtalyan bəstəkarı Stefano Muskaritolo-dur. Konsertin təşəbbüskarı Venesiyanın CaFoscari Universiteti və United Cultures şirkətidir.
 
Konsert 19 aprel 2019-cu ildə Azərbaydan Dövlət Akademic Opera və Balet Teatrında baş tutacaq.
 
 
Biletləri şəhərimizn kassalarında və iticket.az saytında əldə edə bilərsiniz. 
 
https://iticket.az/events/concerts/barocco-mugam/8803