Son xəbərlər

Macarıstanın “İncəsənət və Şərab” sərgisi

2019/02/07 / 88

Fevralın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Macarıstanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə “Art and wine” (“İncəsənət və Şərab”) adlı tədbir keçirilib. 

Tədbirdə Macarıstanın Bakıdakı Səfiri cənab Viktor Sederkenyi, Baş İdarənin rəisi Cəlil Məlikov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova , digər rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Macarıstanın mədəniyyətini və tarixini əks etdirən foto-sərgi nümayiş olunub. Rəsmi hissənin sonunda Macarıstanın müxtəlif regionlarının şərablarının təqdimatı keçirilib. Şərabların istehsalı, yaranma tarixi, hazırlanma qaydası və xüsusiyyətləri barədə geniş şəkildə məlumat verilib və içkilərin degustasiyası keçirilib.