Lvov nəinki Avropada, eləcə də Ukyanada az gəzilmiş, az görülüş, lakin çox gözəl və maraqlı şəhərlərdən biridir. Ukraynanın qərbində yerləşən və Polşa ilə həmsərhəd olan bu şəhər özündə Mərkəzi və Şərqu Avropanı cəmləşdirir. Əgər bəxtiniz gətirib və şokalad ətirli bu şəhərə getmisinizsə o zaman sizin üçün hazırladığımız tövsiyələrdən mütləq yararlanın.

     1 – “Bazar Meydanını” ziyarət edin. Şəhərin tam mərkəzində yerləşən bu meydan 19-cu əsrə aid olan qülləsi və onu əhatə edən 44 bina ilə sizə tarixin qapılarını açır. Bu binalardan çoxu hələ də ev olaraq istifadə olunsa, qalanları kafe və muzey kimi fəaliyyət göstərir. 1998-ci ilə Bazar Meydanı UNESCO Mədəni İrs siyahısına əlavə olunub.

   2 – Lvov Şəhər Qülləsinə qalxın. Qüllə çox da hündür görsənmirsə, tələsməyin. Qalxmağa başlayanda nə edəmk istədiyimizi anlayacaqsınız. Sirri açmayacayıq, yaxşısı budur özünüz kəşf edin.  Qullə ilə qalxarkən 19852-ci ildə Vyanadan gətirilmiş saata da diqqət yetirin.

    3 – Neptunun heykəli ilə şəkil çəkdirin. “Harda görüşürük?” “Neptunda” Məhz bu cavab Lvovlu tələbələr arasında ən çox yayılmış cavablardandır. Bu heykəlin ətrafında hər zaman çox sayda gənc insan tapa bilərsiniz.



   4 – Lvov Tarix Muzeyinin bağçasında 1 fincan kofe için. Şəhərin ən effektli muzeylərindən biri həmçinin ən romantik görüş məkanlarından hesab edilir. Klassik musiqi sədaları altında təqdim olunan kofenin dadı uzun müddət damağınızdan getməyəcək.

    5 – Lvov Şokalad Evindən əl üsulu hazırlanmış şokalad alın. Lvovu bütün dünyada məşhur edən xüsusuiyyətlərindən biri də məhz şokaladdır. Bu şəhərdən gələrkən alınacaq ən yaxşı suvenir məhz Lvov şokaladıdır.



     6 -  “Lontskoho küçəsində həbsxana” muzeyini ziyarət edərək tarixin başqa səhifələrini öyrənin. Bu kiçik və yeni açılmış muzey sizi Lvov tarixinin qaranlıq vaxtlarına aparır. Ənənəvi SSRİ təbliğatı Sovet həyatını tərəqqi və bərabərliyin birləşməsi kimi göstərsə də, Həbsxana Muzeyi sizə binanın özündən, siyasi müxalifətdə ittiham olunan məhbusların gündəlik həyatından və 1941-ci ilin iyununda baş verən kütləvi edamlardan bəhs edir.

       7 – Lvov yeraltı labirintlərini araşdırın. Qorxulu hekayə istəyirsiniz? Qara Monk əfsanəsini eşitmək üçün Müqəddəs Pyotr və Cesuit Ordeninin Pol Katedralinin katakombalarına baş vurun. Qədim təbabət sirlərini açan bir tur üçün Lvov Əczaxanası - Muzeyinin yeraltı hissəsini yoxlamalısınız. Transfiqurasiya Kilsəsində isə sizi daha çox sirr gözləyir. Onun yeraltı szalları şəhərin böyük bir hissəsini əhatə edir. Sonuncusu və heç də az qorxulu olmayanı isə Dominikan Katedralının zirzəmisidir.