Avropa Azərbaycanda

Latviyanın 99 illiyinə həsr olunmuş konsert tamaşaçıları barokko dünyasına apardı

2017/11/23 / 106


Dünən 22 noyabr saat 19:00-da, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Latviyanın Milli Müstəqilliyinin 99-cu ildönümünə həsr olunmuş möhtəşəm opera ifası ilə konsert keçirildi. Opera Avropa musiqi mədəniyyətinin özəyi olduğu üçün, məhz Latviya səfirliyinin bu janrı seçməsi heç də təsadüfi deyildi. Güman ki, Avropa İttifaqı ilə post-sovet məkanı arasında daim körpü rolunu oynayan Latvia məhz Azərbaycanda bu janra olan marağı bilərək məhz yerli izləyicilərə opera sehrini təqdim etmək qərarına gəldi.

Konsertin açılış nitqini qısa, isti və xoş sözlərlərlə Latviyanın Azərbaycandakl səfiri cənab Juris Maklakovs etdi. Daha sonra cənab səfir səhnəni sənətkarlara həvalə etdi. Səhnəyə kontr-tenor Sergejs Jēgersin və onu müşaiyət edən pianoçu İeva Şmite-Mişina buyurdular. Səhnəyə sakitlik çökdü. Konsert Bakı Musiqi Akademiyasında keçirildiyi üçün zaldakı sakitliyi digər otaqlardan gələn gec qalmış tələbələrin məşqlərindən səslənən kakafoniya pozurdu. Bu zaldakılarda narahatçılıqdan çox təbəssüm qatdı.



Pianoçu royalın Kristof Villibald Qlükun Orfey və Evredika operasının Orfeyin ariyasının ilk notlarını səsləndirdi və kontr-tenorun həzin və valehedici səsi zala yayıldı. Zaldakı tamaşaçılar sanki nəfəslərini saxlayaraq Bakı Musiqi Akademiyasının divararına yayılan möhtəşəm və sehirli atmosferi pozmaq istəmirdilər. Zalda eyforiya aurası var idi. Orfeyin ariyasından sonra, Georq Fridrix Hendelin Verdi prati, Bellininin Vaga luna əsəri, daha sonra A. Lottininin Pur dicesti o bocca, bocca bella, Kaçininin Amarilli mia bella əsəri səsləndi. Daha sonra çox həzin və yüksək həssaslıqla Hendelin lascia ch’io pianga əsəri səsləndi. İtalyan dilindən tərcümədə “izin ver ki, ağlayım” kimi tərcümə olunan bu əsər zaldakıların hisslərinə toxundu. Bəzi insanlar hətta göz yaşlarını saxlamaqdan çəkinmədi.



Bundan sonra isə tanınmış opera ariyalarını Latviya xalq musiqisinin inciləri opera janrında ifa edildi. İlkin baxışdan Azərbaycanlı tamaşaçıya bu qəribə gəlsə də ilk notlardan bu əsərlər zaldakıların damarına düşdü və yadlıq hissi itdi. Konsert bitəndən sonra zalı tamaşaçıların alqışları bürüdü. Qonaqlar durmadan ifaçını alqışlayırdılar. Kontr-tenor cənab Sergejs Jēgersin bu cür alqış və avasiya qarşısında aciz qalaraq tamaşaçılara isti qarşılanmaya, bir gün öncə keçirdiyi masterklasdakı entuziast azərbaycanlı tələbərə öz minnətdarlığını bildirdi. Lakin alqışlar səngimək bilmirdi. Konsertlərin gözəl ənənəsinə əsasən ifaçılar zaldakıların estetik tələbinə cavab vermək üçün bis çıxışına qərar verdilər. İfaçının dediyi kimi: “Gözəl bir çevrə var və bu çevrə tamamlanmalıdır”. Bu səbəbdən də ifaçı başladığı əsərlə konserti Kristof Villibald Qlükun Orfey və Evredika operasının Orfeyin ariyası bitimək qərarına gəldi. İfa bitdikdən sonra qonaqlar ayağa qalxalaraq sənətkarları ayaqüstü alqışla yola saldılar. Konsert nağıl kimi sehirli auraya malik idi və əminliklə qeyd edə bilərik ki, konsertin bitməsini çox adam istəmirdi.

Konsertə yerli tamaşaçılarla yanaşı Azərbaycanda akkreditasiya olunmuş dimpolmatik korpusların nümayəndələri də iştirak edirdilər. Konsertin sonunda zalı tərk edən hər bir şəxsin simasında təbəssümü və dərin iz buraxan təəsüratı görməmək olmazdı.

Müəllif: Orxan Nəbiyev