Latviya rəssamı xanım Iveta Vesenanenın http://www.gallery.lv/Vecenane/en/en.htm “Müasir İncəsənət Dadı. Kəhrəba iplərinin Vibrasiyaları.” adlı sərgisi 3 may tarixindən 17 may tarixinədək Bakı Müasir İncəsənət Muzeyinin “Metropolis” Qalereyasında keçiriləcəkdir.

2019 il may ayının 2-də saat 18:00-da Muzeydə sərginin açılış mərasimi keçiriləcəkdir, bununla yanaşı, “Metropolis” Qalereyasının sol tərəf zalında rəssam xanım İveta Vecenanenın, rejissor xanım Kristine Jelvenin və produser xanım Elvita Rukanın iştirakı ilə “Meriyanın Səyahəti” Latviya filminin nümayişi olunacaqdır.