Həftəlik tədbirlər gündəliyi

İbolya Feketenin "Anam və Ailəmizin digər qeyri-adi üzvləri filmi ( Frankofoniya 2018) Macarıstan

2018/04/06 / 63

20-ci əsrin əvvəlindən 2000-ci illərə qədər 4 nəslin hekayəsini təqdim edən bir film. Filmin əsas personaji 94 yaşlı Ana həyatında 27 dəfə bir yerdən o birisinə köçüb. Narahat xarakterli bu qadın təhlükə anlayışı haqqda xüsusi bir fikirə malikdir. O, bu səbəbdən ətrafında cuzi təhlükə hiss etdikdə həyat yoldaşı və qızını ölkənin müxtəlif yerlərinə sürgün salır. Onların öhdəsinə 20-ci əsrin hazırladığı gözlənilməz hadisələrə, 2 dünya müharibəsinə, 1956-cı il hadisəsinə və digər dəyişikliklərə tab gətirmək düşəcəkdir. Lakin bütün bunlara baxmayaraq, onlar ruh yüksəkliyini saxlayaraq birgə, əl-ələ köçürlər.