Azərbaycanlı Gənc Avropa Səfirləri icmalarımızda insan hüquqları məsələləri ilə bağlı daha yaxşı mühit yaratmaq məqsədilə 20 yerli müəllimin iştirakı ilə tədbir təşkil edib. 


 
Bakı, 14 Dekabr 2019 - İnsan Hüquqları ayı çərçivəsində Gənc Avropa Səfirləri gənc insanların evdə, məktəbdə və cəmiyyətdə öz fundamental hüquqlarını qorumasına yardım etmək məqsədilə tədbir təşkil edib. Tədbirdə Gənc Avropa Səfirləri 20 yerli müəllimlə bullinqə  qarşı mübarizə metodlarının təmin edilməsi yolu ilə sağlam mühit yaratmaq üçün Avropa İttifaqının praktiki metod və təcrübələri üzərində çalışıblar. 



Təlim iştirakçıları bullinq anlayışı, onun ən geniş yayılmış növləri və məktəblərdə bulllinqə qarşı effektiv mübarizə üsulları barəsində məlumatlar müzakirə olunub. Tədbir iştirakçıları, həmçinin, anti-bullinq təşəbbüsləri və kampaniyaları kimi qabaqlayıcı tədbirlərin təşkil olunmasına dair təlim keçiblər. Bu cür aktual mövzulu tədbirlər cəmiyyətimizdə insan hüquqları baxımından stabilliyin yaranmasında hərəkətverici qüvvə rolunu oynayır. 
 
Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşən "İnsan hüquqlarının təşviq edilməsi və effektiv müdafiəsində milli faktorların rolunun artırılması" layihəsi çərçivəsində fəaliyyət göstərən Resurs Mərkəzində təşkil edilib.


Həssas qrupların üzvləri, o cümlədən milli vətəndaş cəmiyyəti təşkilatları Mərkəz tərəfindən insan hüquqlarının təşviq edilməsi məqsədilə ixtisasartırma və maarifləndirmə tədbirlərinin keçirilməsinə dair əhəmiyyətli imkanlar və pulsuz hüquqi yardım əldə edə bilərlər.

Resurs Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşir və BMT İnsan Hüquqları Ali Komissarlığı tərəfindən həyata keçirilir.