Bu evlərdə dünya rəssamlığının ən gözəl inciləri və ən maraqlı romanlar yaradılıb. Jivernidəki Klod Monenin əmlakından Over-syür-Uaz-dəki Van Qoqun evinə qədər – bu məqalədə Fransada səyahət edərkən ziyarət edilə biləcək beş böyük yazıçı və rəssamın evi var.

Jorj Sandın Qarjiles-Dampyer-də malikanəsi



Jorj Sandın evi Fransada Noan-Vike şəhərində yerləşir. 18 əsrin malikanəsində gələcək yazıçı uşaqlığını və gəncliyini keçirmiş və əsərlərinin böyük hissəsini yaratmışdır. Malikanədə çox sayda sənəd və foto qorunub saxlanılıb. Bu gün malikanə yazıçının nəvazişlərinə məxsusdur. Burada fransız dilində ekskursiyalar keçirilir.

Klod Monenin Jivernidəki evi



Jiverni - Fransanın ən məşhur yerlərindən biridir. İmpressionizmin ən görkəmli nümayəndələrindən biri Klod Monetin burada anadan olub yaşaması sayəsində Jiverni çox məşhurlaşdı. 1883-cü ildən ölümünə qədər Mone burada yaşayıb. Burada o, məşhur rəsm sırası olan "Zanbaqlar"-ı yaratmışdır. Bu gün Jivernidə Monenin Muzeyi və evi yerləşir.

Vinsent van Qoqun Over-syür-Uaz-dəki evi



Parisdən cəmi 30 kilometr məsafədə Over-syür-Uaz şəhərciyi yerləşir, burada vaxtilə bir neçə mühüm rəssam – Sezan, Pisarro və nəhayət, bu yeri ən çox şöhrətləndirən Van Qoq yaşayıb. Burada (bu gün Over-syür-Uaz-ın əhalisi 7 min nəfər təşkil edir) rəssam ömrünün son aylarını keçirmiş, 50-dən çox əsər yaratmış və 27 iyul 1980-ci ildə vəfat etmişdir, burada da dəfn olunub.  Vincent Van Qoqun vəfat etdiyi  Auberge de Ravoux otağı tamamiylə boşdur. O vaxtdan bəri bu kiçik otaq dəyişməz qalmışdır. Orada rəssamın ölümünün böyük tarixi saxlanılır - bu, emosiyalarla dolu məkandır.

Jan Koktonun Milli-la-Fore-də malikanəsi



Milli-la-Fore qədim şəhərciyində, 17 il burada yaşayan, yazıçı, rəssam və ssenarist Jan Koktonun ev-muzeyi var. Muzey doqquz il bundan əvvəl açılmışdır: burada Koktonun sevdiyi məxməri mebel, kitablar, heykəlciklər saxlanılıb. Burada həmçinin bu qeyri-adi insanın kainatı haqqında çox şey deyə biləcək 500 şəkil, fotoşəkil, heykəl, rəsm əsərlərindən ibarət kolleksiya da var.

Marsel Prustun Kombrey-də evi



Kombrey Fransanın Aşağı Normandiya bölgəsindəki kommunadır. Bir çox illər əvvəl bu şəhərdə Elizabet Və Jül Amiot, yazıçı Marsel Prustun əmisi və xalası yaşayırdırlar. Bu şəhəri yazıçı ən məşhur romanı "İtirilmiş Zamanın Axtarışında" əbədiləşdirdi. Romanın qəhrəmanı burada böyüyüb və daim düşüncələrində Kombreyə qayıdır. İndi gənc Marsel Prustun yay tətilini keçirdiyi bu mənzərəli pəncərələri olan kiçik iki mərtəbəli evdə «Musée Marcel Proust» yerləşir.
 
Mənbə: https://vogue.ua/article/culture/art/5-domov-hudozhnikov-kotorye-stoit-posetit-vo-francii-etim-letom.html?fbclid=IwAR28GkyI1g5acf7lnbtxym5-ZcG5cWTqfokNFwh9NLJNtyncLm21Ra6w4kc