Həftəlik tədbirlər gündəliyi

ELENA PRUSUN « ŞƏRQİ AVROPANIN FRANSIZDİLLİ DRAM ƏSƏRLƏRİNDƏ SƏRHƏDLƏRİN ÜFÜQÜ» KONFRANSI

2018/04/12 / 21

Moldova Beynəlxalq Müstəqil Universitetinin (MBMU) Filologiya və Mədəniyyətlərarası Araşdırmaları İnstitutunun (FAMİ)direktoru Elena Prus, Şərqi Avropanın fransızdilli ədəbiyyatında sərhədlər mövzusu haqqda danışacaq. Konfrans fransızca azərbaycan dilinə tərcümə ilə müşayiət olunacaqdır.

Konfransın ardınca iki qısametrajlı film nümayiş olunacaq:

Vergil Margineanunun 
« KİŞINYOV – AVROPANIN PAYTAXTI » 
MOLDOVA / Sənədli / 2011
Rumınca ingilis alt - yazıları ilə
Filmdə Moldova Respublikasının paytaxtı Kişinyov şəhərinin turizm, mədəniyyət və investissiya üzrə imkanları haqqında danışılır.

Valeriu Jereghinin 
« MILIKA » 
MOLDOVA/Dram
Rumınca ingilis alt-yazıları ilə
Film nənəsi ilə birgə Moldova kəndlərinin birində yaşayan 5 yaşlı qızcığaz Milika haqqındadır. Valideynləri ayrılandan sonra hər ikisi yeni həyat qurmağa cəhd edirlər. Buna baxmayaraq Milika onları bir araya gətirməyə çalışır. Xəyallarını gerçəkləşdirə biləcək mi ?

13 aprel cümə, 14.30
Azərbaycan Fransız İnstitutu