Noyabrın 2-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən "FANTAZİA" mədəni irs festivalı çərçivəsində Muzey Mərkəzində "Dünyanın memarlıq növləri" - qrup fotosərgisinin açılışı keçirildi.



"Bütün dünyada memarlıq növləri" üç müxtəlif ölkənin - İspaniya, Tacikistan və Argentinanın, memarlıq möcüzələrini təmsil edən üç müxtəlif fotosərgini birləşdirir: «Casa Batlló» (İspaniya), «Balet və şəhər» (Tacikistan) və «Buenos Ayres binalarının gözəlliyi və sirri» (Argentina) fotosərgilərini.

Casa Batlló Barselonanın mərkəzində bir binadır. Antoni Gaudi tərəfindən hazırlanmışdır və onun şah əsərlərindən sayılır.



"Balet və şəhər" foto layihəsinin müəllifi Vladimir Çikin Tacikistandan olan balerinaların iştirakı ilə inanılmaz və təsirli bir photosərgi təqdim etdi. Bu konkret layihə üçün Vladimir Çikin səhnə qismində paytaxt Düşənbəni və Tacikistanın digər gözəl yerlərini seçdi.



«Buenos Ayres binalarının gözəlliyi və sirri» Cose Andres Basbusun fotosərgisi. Basbus bizə xüsusi bir görmə, ətraf mühitə yeni bir baxış, hər bir fotoşəkildə bir təqdim etdi.



Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "FANTAZİA" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi ilə üst-üstə düşür.