Avropa Azərbaycanda

British Film Spring Festivalı

2018/05/03 / 179
 
 

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilmiş dördüncü "British Film Spring" festivalı yeni Britaniya filmlərinin ən gözəl seçmələrini Bakıya gətirəcəkdir.

Bu il festivalda sizi bir-birindən maraqlı və fərqli səkkiz film gözləyir: "Bizdən ötrü nəfəs al", "Dafna", "Görmə qabiliyyətinin itirilməsinə dair qeydlər", "Devid Boui", "Tutqun işıqlar şəhəri", "İngiltərə mənimdir", "Baxıcı", "Əyri ev". Festivalın açılış filmi "Bizdən ötrü nəfəs al" filmidir. 

Bütün filmlər ingilis dilində nümayiş olunur; "Bizdən ötrü nəfəs al", "Dafna" və "İngiltərə mənimdir" filmləri isə Azərbaycan dilində alt-yazılarla izləyicilərə təqdim olunacaqdır.

Festival Nizami Kino Mərkəzində keçiriləcək. Biletlərin qiyməti 2 AZN-dir və biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.

Həmçinin 15-17 may tarixlərində, Nizami Kino Mərkəzində Azərbaycan mədəniyyət liderləri üçün iki günlük semirnar təşkil olunacaq.