Avropa Mədəniyyəti

BRANDE-DƏ 4-CÜ BEYNƏLXALQ STREET ART FESTİVALI KEÇİRİLƏCƏK

2018/03/13 / 206

Danimarkanın kiçik şəhərlərindən biri olan Brande-də sayca 4-cü Beynəlxalq Street Art (küçə incəsənəti) festivalı keçiriləcək. Festival 30 İyun-1 İyul tarixlərində baş tutacaq. Həmin ərəfədə beynəlxalq Street Art festivalının rəssamları bir həftə müddətində şəhərin küçələrini və Brande meydanını al-əlvan bir məkana çevirəcəklər. Bu müddətdə şəhər həm uşaq, həm də böyüklər üçün nəzərdə tutulmuş bir çox əyləncə, şənlik, və atktiv fəaliyyət növləri ilə zəngin olacaq. Bundan əlavə şəhərin restoran və kafeləri cəlbedici menyu və tədbirlər siyahısı ilə bura gələn turistlərin zövqünü oxşamağa çalışacaqlar. Ziyartətçilər rəssamların yaradıcı iş prosesisini şənbə və bazar günləri, 30 iyun və 1 iyul tarixlərində izləyə bilərlər. Qaliblərin müəyyənləşməsi üçün yekun işlər professional juri və izləyicilərə təqdim ounacaq.



Rəssamlar 3 müxtəlif kateqoriyada yarışacaqlar: 3D Art, Copy Art, Free Art

COPY ART kateqoriyasında dünyaca məşhur rəssamların - Botticelli, RubensRembrandtın əsərlərinin sürəti yaradılır.

FREE ART-da rəssamlar küçələrdə öz fərdi və rəngli motivlərini yaradırlar.

3D rəsm əsrləri olduqca təsirlidir. Düz səthdə 3D effektinin yaradılması bir anlıq inasana mümkünsüz gəlir.

Aşağıdakı linkdə 2015-2017-ci illərdə keçirilmiş festivalın maraqlı görüntüləri ilə tanış ola bilərsiz.