Avropa Azərbaycanda

Bakıda martın biri Media Mərkəzində İtaliya Dizayn Günü keçirilib.

2018/03/05 / 138

Tədbir İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və İtaliya Ticarət Palatasının Bakı ofisi tərəfindən, İtaliya Mədəni İrs və Fəaliyyət və Turizm Nazirliyi, Milan Triennalesi, Milan Mebel Salonu, Sənaye Dizayni Assosiyasiyası, “Compasso d’Oro” Fondu və Altagamma Fondunun dəstəyi ilə baş tutub.

Tədbirin məqsədi İtaliya mədəniyyətinin və iqtisadiyyatının mühim sahəsi hesab olunan İtalyan dizaynının mükəmməlliyini qeyd etmək olub. 

Mərasimdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, Bakıda yerləşən diplomatik korpusların nümayəndələri, Azərbaycan və İtaliyanın müxtəlif brendlərini təmsil edən şirkətlərin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə iki ölkə arasında əməkdaşlığın qurulması məqsədi daşıyan tədbir mərkəzdə bir gün davam edib və üç hissədə təşkil olunub. "Dəyirmi masa" şəklində təşkil olunan birinci hissədə maraqlı tərəflərin iştirakı ilə müxtəlif mövzularda elmi və praktik müzakirə sessiyaları keçirilib.

Tədbirin sərgi hissəsində İtaliya brendi və ticarət markasına aid müxtəlif dizaynlar nümayiş olunub. Bu hissədə həmçinin mükafat almış arxitektur layihələrin fotostendləri də yer alıb.

Tədbirin üçüncü hissəsində isə İtaliya musiqisi sədaları altında qonaqlara bu ölkənin mətbəxi və şərablarından ibarət nümunələr təqdim olunub. 

İtaliya Dizayn Gününə həsr olunmuş tədbirlər zamanı müzakirə olunan mövzular Bakının EXPO 2025 beynəlxalq təbidirinə namizədliyi ilə mükəmməl ahəngdarlıq təşkil edib: əsas mövzusu istedad, həyatsevərlik və nəticə olan İnsan Kapitalının İnkişafı, BMT-nin üç Dayanıqlılıq Hədəfi ilə üst-üstə düşüb. İtaliya Azərbaycanın, xüsusilə Bakının malik olduğu gözəlliyinin və imkanlarının daimi şəkildə təşviqinə xüsusi diqqət ayırır. İtaliya və Azərbaycan müxtəlif sahələr üzrə möhkəm dostluq və əməkdaşlıq əlaqələrinə malikdir. Mebel sahəsi üzrə Türkiyədən sonra, bu sahə üzrə ümumi idxalın 26,3% payı ilə, Azərbaycanın ikinci təchizatçısı İtaliyadır. Bundan əlavə İtaliya mətbəx mebellərinin eksportu üzrə 75% pay ilə birinci yerdədir.

 

2-ci İtaliya Dizayn Günü, 2019-cu ilin 1 mart-1 sentyabr tarixlərində keçiriləcək mövzusu “Broken Nature – Design Takes on Human Survival” (Qırılmış təbiət – Dizaynın insanların sağ qalmasında köməyi) olan 21-ci Beynəlxalq Milan Triennalesi ilə ahəngdarlıq təşkil edir. Dayanıqlılıq siyasəti, bugün, istər hökümətlərin qərarlarında, istərsə də özəl sektorun seçimlərində əsas yerlərdən birini tutur. Dizayn sahəsində 32 milyard avroluq dövriyyə ilə dünyada lider olan İtaliya yüksək keyfiyyəti özündə birləşdirən ideya, layihə və həll yolları təqdim edəcək və bununla 2019-cu ilin Milan Triennalesində və dayanıqlığa həsr olunmuş mövzusu "Connecting minds, creating the future" (Fikirlərin əlaqələndirilməsi, gələcəyin qurulması) adlı olan Dubay Expo 2020 beynəlxalq sərgisində bu sahə üzrə beynəlxalq debatı təşviq edəcəkdir. 

Müəllif: Punhan Sultanov