Avropa Azərbaycanda

Azərbaycan Respublikası sərhəd və miqrasiya idarəçiliyi orqanlarının qadın əməkdaşları üçün MOBILAZE layihəsi çərçivəsində kommunikasiya seminarı

2018/03/05 / 180

Avropa İttıfaqı (Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)” layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək məqsədilə Yerdəyişmə üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır.

Qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə, Azərbaycan Respublikası dövlət orqanlarının nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Çexiyadan ixtisaslaşmış ekspert və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) 2018-ci il martın 5-də kommunikasiya seminarında bir araya gələcəklər. Seminarın məqsədi Azərbaycan Respublikası sərhəd və miqrasiya idarəçiliyi orqanlarından qadın əməkdaşları məlumat mübadiləsi üçün bir araya gətirmək, eləcə də istər qurumlararası, istərsə də qurumdaxilində onların gündəlik vəzifələrinin səmərəliliyini artırmaqdır. Seminar zamanı iştirakçılar nəinki nəzəri bilik əldə edəcək, həm də gündəlik praktikada tətbiq etmək üçün bəzi məsləhətlər əldə edəcəklər. Tədbir Bakı ş., “Hyatt Regency Baku” mehmanxanasının Nizami zalında keçiriləcəkdir.

Aİ tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsinin ümumi məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin potensialının artırılmasına xüsusi diqqət yetirməklə Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasını dəstəkləməkdir. Layihənin xüsusi məqsədləri Azərbaycan Hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasını həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.

Kütləvi informasiya vasitələrinin nümayəndələri 2018-ci il martın 5-də saat 09:45-də tədbirin açılış hissəsinə (Azərbaycan/ingilis dillərində tərcümə təmin olunacaqdır) dəvət olunur. İlkin proqram və layihə barədə qısa məlumat əlavə olunur.