Əsasən, turistlər hostellərdə səyahət zamanı qənaət etmək üçün dayanırlar. Lakin elə hostellər var ki, orada siz aşağı qiymətə yalnız bir yataq deyil, həm də orijinal interyer, yeni tanışlıqlar, şən əhatə, və unudulmaz təəssüratlar əldə edəcəksiniz.

Bu məqalədə sizə Avropanın ən qeyri-adi və populyar hostellərindən bəziləri haqqında danışacağıq:

 

1. Lavender Circus Hostel — Budapeşt, Macarıstan

Bu vintaj Hostel Budapeştin mərkəzində XIX əsrin malikanəsində yerləşir. Imperial dəbdəbəyə malik olan bu yer, Budapeştin tarixi dünyasına qərq olmaq istəyənlər üçün ideal bir məkandır.

 Qiymət: 14 avrodan başlayır  

2. Generator Hostel  Barselona, İspaniya

Bu rəngli, zövglü və sərfəli hostel Barselona qədər məşhur bir şəhərdə qalmaq üçün mükəmməl yerdir. Burada dizaynerlər hər otağın təkrarolunmaz görünməsi üçün əllərindən gələni edibər.

 

Qiymət: 11.40 avrodan başlayır 

3. St Briavels Hostel — Qlosterşir, İngiltərə

 Bu hostel qədim bir qalada yerləşir. Onun zəngin tarixi və arxitekturası, xüsusilə də Orta əsr tarixinin pərəstişkarlarına, inanılmaz təəssürat yaradacaq.

 

 Qiymət: 24 avrodan başlayır

4. The Independente Hostel — Lissabon, Portuqaliya

 The Independente Hostel İsveçrənin keçmiş səfirinin iqamətgahında yerləşir, və onun dizaynı müasir elementlər ilə orijinal memarlıq xüsusiyyətlərinin birləşməsidir.

Qiymət: 11 avrodan başlayır

 5. Kex Hostel - Reykyavik, İslandiya

Bu Hostel nə vaxtsa şirniyyat məhsullarının istehsalı üzrə fabrik olub. İndiki sahibkarlar qədim şokolad fabrikinin bu ruhunu qorumaq və müasir detallar əlavə etmək üçün böyük səylər göstəriblər. Bu gün Kex Hostel xarici turistlər arasında İslandiyanın ən məşhur yerlərindən biridir.

 

Qiymət: 21 avrodan başlayır 

6. Van Gogh Hostel — Amsterdam, Hollandiya

Bu müasir hostel muzey rayonunda, Van Qoq Muzeyinin yaxınlığında yerləşir və ən yaxşı barlardan, kafelərdən, dükanlardan və klublardan bir neçə addımlıqdadır. Hostelın divarları Van Qoqun nəhəng rəsmləri ilə bəzədilib, və bu da həmin yerə xüsusi yaradıcılıq atmosferi verir.

Qiymət: 20 avrodan başlayır

7. The Red Boat Mälaren — Stokholm, İsveç

Stokholmun mərkəzində bir gəminin göyərtəsində gecələk sizin səyahətinizin ən parlaq xatirələrindən biri ola bilər. Burada otaqlar çox geniş olmasalarda, lakin kifayət qədər rahatdırlar. Və ən əsası, özünüzü əsl dənizçi kimi hiss edə bilərsiniz və bu üzən evin göyərtəsindən axşam şəhərin işıqlarını izləmək imkanınız olacaq.

 

Qiymət: 35 avrodan başlayır

 8. Propeller Island — Berlin, Almaniya

Gecəni tabutda keçirmək istəyirsiniz? Tavana asılmış çarpayıda uzanaraq doyunca yata bilərsiniz? Bəlkə, hovuzda gecələməyin əleyhinə deyilsiniz? Bu və digər qeyri-standart variantlar Berlində yerləşən bir hosteldə mövcuddur.

 

Qiymət: 69 avrodan başlayır

9. ArkaBarka Floating Hostel  Belqrad, Serbiya

Üzən taxtadan hostel ArkaBarka Dunay çayında yavaş-yavaş yırğalanır. Meşə ətrafında yerləşən bu hostel, Belqradın mərkəzindən cəmi 20 dəqiqəlik məsafədədir.

Qiymət: 14 avrodan başlayır 

10. Castle Rock Hostel  Edinburq, Şotlandiya

1846-cı ildə inşa edilən əsl Şotlandiya qalası Castle Rock, bir neçə il əvvəl hostelə çevrilib. Hostelin interyeri qədim zirehlərlə bəzədilib, və burada siz özünü orta əsrlərdə hiss edəcəksiniz.

Qiymət: 13 avrodan başlayır