Avropa Komissiyasının yeni prezidenti Ursula Von der Leyen Avropa Yaşıl Sazişi barədə:

"Biz insanlar, həqiqətən öz planetimizdə yaxşı və təhlükəsiz şəkildə yaşamağa davam etmək istəyirik mi?

İnsanlıq böyük bir təhlükə ilə üz-üzədir və artıq bütün dünya bunu görməyə başlayır.
Amerikadan Avstraliyaya qədər meşələr yanır. Afrikadan Asiyaya qədər səhralaşma prosesi gedir.  Dəniz səviyyəsinin artması təkcə Sakit Okean adalarını yox, eləcə də  Avropa şəhərlərini təhlükə altına atır. Bəşər tarixi bu cür hallar ilə əvvəllər də qarşılaşıb, lakin bu qədər sürətlə yox. 



Bu gün biz sizə Avropa Yaşıl Sazişi üçün “yol xəritəsini” təqdim edirik.

Bizim hədəfimiz, 2050-ci ilə qədər ilk neytral iqlimli continent olmaq və qlobal istiləşmənin sürətini azaldaraq, əks təsirlərini xəfiflətməkdir. Bu, bizim və bizdən sonrakı nəslin üzərinə düşən vəzifədir. Dəyişiklik isə indidən başlamalıdır.
 
Bu gün təqdim etdiyimiz Avropa Yaşıl Sazişi Avropanın yeni inkişaf strategiyasıdır.
Bu strategiya, emissiyaları azaltmaqla birlikdə, yeni iş yerlərinn yaranmasına səbəb olacaq və keyfiyyətini artıracaq.
 
Bu saziş bizim bütün siyasətlərimizi bağlayan yaşıl ipdir – nəqliyyat siyasətindən başlayaraq vergi siyasətinə, qida siyasətindən başlayaraq əkinçiliyə, sənayedən başlayaraq insfratustura qədər. Yaşıl Saziş ilə biz təmiz enerjiyə yatırım etmək və ticarət emissiyasını uzatmaqla yanaşı, həmçinin dairəvi iqtisadiyyatı inkişaf etdirmək və Avropa biomüxtəlifliyini qorumaq istəyirik.
 
Avropa Yaşıl Sazişi sadəcə bir zəruriyyət deyil: o yeni iqtisadi imkanlar üçün təkan qüvvədir.
Bir çox Avropa şirkətləri artıq “yaşıllaşır.” Onlar karbon artıqlarını azaldır və təmiz texnologiyalar kəşf edirlər. Onlar anlayırlar ki planetar sərhədlər var: Avropanın həm böyük həm də kiçik şikətləri anlayırlar ki, onların hər biri bizim ortaq evimizin qayğısına qalmalıdır.  Onlar həmçinin bilirlər ki, əgər sabah üçün dayanıqlı və davamlı həll yolları tapsalar, bu onlar üçün daha çox üstünlük yaradacaq.
 
Biznes sahiblərinin və dəyişiklik edənlərin bizdən istədikləri isə,  maliyyələşmə üçün asan yol tapmaqdır. Bunun üçün biz, Avropa Davamlı İnvestisiya Planını təqdim edəcəyik. Bu plan növbəti onillik üzrə 1 trilyon avro məbləğində investisiyaya dəstək olacaq. Biz Avropa İnvestisiya Bankı və Avropa İqlim bankı ilə sıx şəkildə çalışacayıq. 
 
2020-ci ilin Mart ayında, hədəf yolumuzu dəqiq və sabit hala gətirmık üçün ilk dəfə olaraq Avropa İqlim Qanunu təklif edəcəyik. İnvestorlar, innovatorlar və sahibkarların uzunmüddətli sərmayələrini planlaşdırmaq üçün düzgün və aydın göstərilmiş şərtlərə ehtiyacları var. İstehsal və istehlakımızda, yaşayış və işimizdə etdiyimiz dəyişiklərin təbliğatı zamanı, həmçinin bütün bu dəyişikliklərdən zərbə ala biləcək şirkətləri qorumalı və onlara dəstək olmalıyıq. Bu keçid ya hər kəs üçün baş tutacaq, ya da heç kəs üçün.
 
Mən “Just Transition Fund” yaratmaq təklif edəcəm –  bu fond Avropa İnvestisiya Bankı və şəxsi vəsaitlər hesabına növbəti 7 il ərzində 100 milyard avro dəyərində sərmayə mobilləşdirməlidir. Biz Avropanın daha çox dəyişikliyə ehtiyacı olan regionlarını da əhatə edərək, əmin olacayıq ki, heç bir ölkə dəstəksiz qalmasın.
 
Bütün Avropa boyu gənc və yaşlı insanlar iqlim aksiyalarını sadəcə tələb etmirlər. Onlar artıq həyat tərzlərini dəyişirlər: ictimai nəqliyyat yerinə velosipedlərdən istifadə edənləri, təkrar istifadəyə yararlı uşaq bezləri alan valideynləri, tək istifadəlik paketlərdən imtina edib, alternative yollar təklif edən marketləri düşünün. Çoxumuz Avropa və qlobal iqlim hərəkatının parçasıyıq.



Hər 10  Avropa vətəndaşından 9-u hlledici iqlim hərəkatı tələb edir. Uşaqlarımız bizə etibar edir. Avropalılar bu birliyin evlərində başlamalarını və bütün dünyaya yaıyılmasını istəyirlər. Bu günlərdə bütün dünya Madriddə Birləşmiş Millətlər Təşkilatının iqlim konfransı üçün bir araya gələrək, kollektiv şəkildə qlobal istiləşməyə qarşı fəaliyyəti müzakirə edirlər.
 
Avropa Yaşıl Sazişi bizim insanların müraciətinə cavabdır. Bu saziş Avropa tərəfindən Avropa üçün, daha yaxşı dünya yaratmaq üçün yaradılır. Və hər bir avropalı bu dəyişikliyin hissəsi ola bilər."