İtaliyada, ölkənin Mülki Müdafiə Təşkilatından əldə edilən məlumata əsasən, son 24 saat ərzində daha 250 nəfərin COVID-19 nəticəsində vəfat edib.

   Rekord artım ölkənin ölüm sayının 1226 nəfərə çatdığını və qlobal koronavirusun diqqətini Avropaya yönəltməsi ilə nəticələndi.

     Eyni zamanda, İspaniyada infeksiyanın 1 gecə içində sıçramasından sonra ölkədə fövqəladə vəziyyət elan olundu.

   Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü bildirib ki, daha çox ölkənin COVID-19 üzərində milli fövqəladə vəziyyət elan etdiyi qitə - Avropa hal-hazırda koronavirus pandemiyasının mərkəzidir.

   "İndi hər gün [Avropada] Çinin epidemiyasının yüksək olduğu bildiriləndən daha çox hala rast gəlinir" deyə baş direktor Tedros Adhanom Ghebreyesus bildirib.

   5 min insanın virusdan öldüyünü vurğulayan Tedros Adhanom, yayılmanın qarşısının alınması məqsədilə ölkələri bütün kütləvi və sosial tədbirləri ləğv etməyə çağırdı.

    "Bu odun yanmasına imkan verməyin. Xəstələri təcrid edin."

   AB prezidenti Ursula fon der Leyen isə bəzi Avropa ölkələrini coronavirusa cavab olaraq sərhəd bağlamaları tətbiq etməkdə qınayır. Onun fikrinə əsasə  hal hazırda vahid bazar fəaliyyət göstərməlidir.

   Avstriya, Slovakiya və Çexiya, İtaliyadan gələn və ya sağlamlıq sertifikatı olmayan hər kəsin girməsini qadağan edən millətlər arasındadır.

   "Üzv dövlətlərin birtərəfli hərəkət etməsi yaxşı deyil, çünki bu strategiya həmişə domino effekti verir və təcili olaraq ehtiyac duyulan tibbi avadanlıqların xəstələrə və xəstəxanalara çatmasına mane olur"

"Bu, üzv dövlətlər arasında həmrəyliyin lazım olduğu bir zamanda daxili sərhədlərin yenidən bərpasına bərabərdir." deyə xanım Ursula bildirib.

   Sərhəd keçidlərindəki sağlamlıq yoxlamaları və COVID-19 təsiri ilə mübarizə üçün 37 milyard avroluq bir xilasetmə paketi olaraq dövlət yardımını qadağan edən qaydaların dayandırılması ilə bağlı yeni Avropa qaydalarını elan edərkən o qeyd edir – “Pandemiya, Avropa iqtisadiyyatı üçün "böyük bir zərbədir", lakin bunun mümkün qədər qısa və məhdud olmasını təmin etmək üçün birlikdə çalışmalıyıq."

   Von der Leyen ölkələrə koronavirusun yayılmasından qorunmaq üçün təzyiqləri başa düşdüyünü söylədi. "Müəyyən nəzarət haqlı ola bilər, lakin ümumi səyahət qadağaları ÜST tərəfindən ən təsirli olaraq görülmür" dedi. "Üstəlik, güclü sosial və iqtisadi təsir göstərir, insanların sərhədlərini aşaraq həyatlarını və işlərini pozur. Görülən hər bir tədbir mütənasib olmalıdır. Mən çox aydın olmaq istəyirəm - vahid bazar fəaliyyət göstərməlidir."

   Qeyd edək ki, ölkəmizdə də bu gündən etibarən COVID – 19 epidemyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimə keçilib.