Qədim Vikinqlər ilk dəfə gecə səmasında parıldayan işıqları görəndə dərhal başa düşdülər: bu işıqlar döyüşçüləri Valhalla diyarına aparan Valkyrie qılınclarının parıltılarıdır. Qədim zamanlardan bəri Aurora yaxınlığında yaşayan Sami xalqının nümayəndələri  isə  baş verənləri bir neçə versiya ilə izah edirdilər: bunlar ölülər dünyasından gələn xəbərlər ola bilər və ya tülkü quyruğunun dalğasından sonra cənnətə uçan qığılcımlar ola bilər (məhz bu versiyaya görə şimal işıqları fin dilində indiyədək “revontulet” yəni "Tülkü işıqları" adlanır). Orta əsrlərdə isə “aurora borealisin” (Şimal işıqlarının ) bir epidemiya və müharibə carçısı olduğuna  inanılırdı.

  Bu əfsanələrdən bəziləri günümüzə qədər gəlib çıxıb. Sami xalqı auroranı "eşidilə bilən işıq" adlandırırdı və hal hazırda da  bu fenomeni mütəmadi müşahidə edən bir çox insan, həqiqətən onun səsini eşitdiklərini iddia edirlər.



  Əslində isə nə baş verir. Günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı və ya şımal işıqları baş verir.

  Bu təbiət hadisəsini əvvəlcədən proqnozlaşdırmaq demək olar ki, mümkün deyil və bü nüans şimal işıqlarını seyr etmək istəyən insanları hər zaman məyus edir. Buna baxmayaraq, avroranın görünmə ehtimalı günəş fəaliyyətindən birbaşa asılı olduğundan, elm adamları müəyyən fərziyyələr irəli sürə bilirlər.
 


  Şimal işıqlarının ənənəvi mövsümü payız və bahar bərabərliyi arasındadır: sentyabrın 21-dən martın 21-dək. Bu zaman şimal enliklərində qaranlıq,  günün erkən saatlarına təsadüf edir.
 
  Bu ecazkar gözəlliyi görmək üçün ən münasib ölkə Finlandiyadır desək yanılmarıq. Kilpisyarvi rayonunda hər 4 gecədən 3-ündə, Sodankulya və Rovaniemi rayonlarında isə hər ikinci gecə şimal qütbləri səmanı zəbt edir.
 
  Şimal işıqlarını görməyi arzulayan turistlərin ən çox axışdığı məkan isə Laplandiyanın Norveç hissəsində yerləşən Alta şəhəridir. Burada, Halde dağlarının zirvəsində şimal işıqlarını tədqiq edən ən qədim rəsədxana yerləşir. Bu rəsədxana 1899-cu ildə yaradılıb və təəssüf ki, hal hazırda çalışmır. Lakin baxış meydançası hələ də işləyir və turistləri sevindirməyə davam edir.

Yazdı: Könül Hilal.