Həftəlik tədbirlər gündəliyi

ADAMA filminin nümayişi (Francophonie Baku 2018)

2018/04/04 / 40

Frankofoniya Həftələrinin (1-14 aprel) Frankofon Film Festivalı çərçivəsində (3-8 aprel) Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu Simon Rubinin « ADAMA » animasiya filmini təqdim edirlər. Filmin nümayişi 4 aprel çərşənbə günü saat 19.00-da CinemaPlus Azərbaycanda keçiriləcək. Giriş ödənişsizdir.

Qərbi Afrikanın uzaq bir kəndində 12 yaşlı Adama yaşayır. Nassaras-ların hökmranlıq etdiyi, sahil qayalarının o tayında, valehedici bir dünya var. O, ağsaqqalların qadağasına baxmayaraq itkindüşən böyük qardaşı Sambanı tapmağa qəra rverir. Uşaq qətiyyəti iləkişilik yolundainki şafedən Adama, qardaşının axtarışına çıxır və buyol, onu dənizin o tayına, Şimala, birinci dünya müharibəsinin cəbhə xəttinə gətirib ıxardır. Hadisələr 1916-cı ildə baş verir.


Simon Rubi animasiya filmlərinin sənətkarı və rejissorudur. Adama onun ssenarist Julyen Tilti ilə 2015-ci ildə ərsəyə gətirdiyi ilk animasıyasıdır.

ADAMA
Simon Rubinin filmi
FRANSA / Animasiya / 2015 / 82 dəq
Film fransızca ingilis alt-yazıları ilə

CinemaPlus Azərbaycan, Məhəmməd Əmin Rəsulzadə küçəsi

 

Frankofoniya Həftələrinin tam tədbir proqramını irəlidəki linkdən əldə edə bilərsiniz : http://urlz.fr/6OuM

 

Əlavə məlumat üçün ifa.az saytına daxil olun - Facebook : https://www.facebook.com/Francophonie2018