Avropada Təhsil

2018-ci il Gürcüstanta keçiriləcək Avropa Yay Mektebi Düşərgəsində iştirak etmək üçün indi müraciət et.

2018/05/01 / 255

Avropa İttifaqından və onun 6 Şərq Tərəfdaşlığı ölkəsindən gənclər ( Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan Moldova Respublikası və Ukrayna) Gürcüstanda avqust ayının 9-dan 27-ə qədər keçiriləcək Avropa Yay Məktəbi Düşərgəsində iştirak üçün müraciət etməyə dəvət olunurlar.

Yay düşərgəsi 100-dən çox gənci müxtəlif interaktiv və öyrədici fəaliyyətlərdə iştirak üçün bir araya toplayır. Bu fəaliyətlərin əsas məqsədi Avropa sivil dəyərlərini işıqlandırmaq və eyni zamanda Şərq Tərəfdaşlığı ölkələrinin gəncləri arasında əməkdaşlığı, multi-kulturalizm qavramanı və tolerantlığı inkişaf etməkdir.

Düşərgə Avropa Şərq Tərəfdaşlığı Məktəbinin potensial tələbələri və Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttıfaqı ölkələri arasında 80-20 nisbətində iştirakı hədəfləmiş gənclər üçün hazırlıq mərhələsi rolunu oynayır.

Müraciət üçün son tarix 18 may 2018-ci ildir.

Müraciət haqqında daha ətraflı məlumatı burdan tapa bilərsiniz.

Avropa Şərq Tərəfdaşlığı Məktəbinin yaradılması orta təhsilə əsaslanaraq gənclərin ehtiyaclarına yönələn regional səyləri genişləndirmə prosesinin bir hissəsidir. Bu Şərq Qonşuluğu regionu Komissiyasının mühüm və Şərq Tərəfdaşlığının “20 Deliverables for 2020” proqramının proyektərindən biridir.