Avropa Mədəniyyəti

11 Mart Litvanın müstəqillik günü

2019/03/11 / 45

Nərmin Əsəd.

Litvanın keşməkeşli tarixi dərin milli qürur hissi ilə birləşərək, onu bu gün olduğu müstəqil ölkə halına gətirmişdir. Bu ölkədə iki müstəqillik bayramı qeyd olunur: 16 Fevralda Dövlətin Bərpası Günü və 11 Martda Müstəqillik Bərpası Günü. Litvalıların niyə iki müstəqillik günü qeyd etdikləri haqqında daha ətraflı məlumat almaq üçün keçmişə nəzər salmalıyıq.

13-cü əsrdən bəri müstəqil bir ölkə olmasına baxmayaraq, 18-ci əsrdə Rusiya imperiyası Litvanın hakimiyyətini əlindən almışdı. I Dünya Müharibəsi əsnasında alman əsgərləri Rusiyaya doğru irəliləyərkən bölgəni işğal etdi və 1917-ci ildə Rusiya inqilabına qədər buraya nəzarət etdi. Bu zaman Almaniya litvalılara Almaniya və ya Rusiyaya tabe olma seçimi verdi. Bu variantları nəzərə almadan, Litva Respublikasının Müstəqilliyi Aktı 16 fevral 1918-ci ildə (Dövlət Bərpası Günü) müstəqillik elan edilərək imzalandı.

Müstəqilliyin yalnız müvəqqəti olduğu ortaya çıxdı, çünki Litva 1940-cı ildə Sovet İttifaqı tərəfindən II Dünya müharibəsində işğal edildi. II Dünya müharibəsindən sonra Litva (Latviya, Estoniya və digər Baltikyanı dövlətləri) hələ də Sovet İttifaqının işğalı altında idi. Sovet İttifaqına qarşı həmrəylik nümayişində Litvadan, Latviyadan və Estoniyadan təxminən iki milyon insan Baltik yolunu yaradaraq  Vilnüsdən (Litvanın paytaxtı) Tallinə(Estoniyanın paytaxtı) qədər 600 km uzunluğunda bir insan zənciri yaratmışdı. 1989-cu ilin 23 avqustunda baş verən bu inqilabçı dinc nümayiş nəticəsində Litva, Latviya və Estoniya azadlığını bərpa etdi.

1990-cı ildə Litvaya demokratik seçki keçirmək üçün icazə verildi və seçilmiş Parlament 1990-cı il martın 11-də müstəqillik elan etdi və bu gün Müstəqillik Bərpa Günü elan edildi. Bu qərar, Sovet İttifaqı 1991-ci ildə Litvanın müstəqilliyini tanıyana qədər, Sovet İttifaqı Litvalıları təqib etdiyinə görə nəticəsiz qalmadı.

Bu iki müstəqillik gününün qeyd edilməsi bizneslə yaxından əlaqədardır və xalq milli rənglərdə- sarı, yaşıl, qırmızı və ya dalğalı bayraqları qürurlarını göstərmək üçün geyinir.