Avropa Mədəniyyəti

Uzaq Şotlandiyada alov festivalı

2019/01/15 / 136

Səbinə Rza.

“Up Helly Aa” hər il yanvar ayının sonuncu çərşənbə axşamında, Şotlandiyanın Şhetland adalarında keçirilən Alov festivalıdır. Qışın ortalarında keçirilən bu mərasim Milad bayramının yekunlaşmasına dəlalət edir.

Festival zamanı  adanın mərkəzi yerlərindən biri olan Lervik-də  Viking dövrünü özündə əks etdirən  geyimlərə bürünmüş minlərlə “cəngavərlər” bir yerə toplaşaraq, şəhərin küçələrində yaxud kəndlərində qrup şəklində yürüş edirlər.

Festivalın məəyi

Müasir Lervik (Lerwick) festivalının mənşəyi Milad bayramı və Yeni ildə keçirilən qədim yuletid ən-ənəsi olan –“qətran dolu çəlləklərin yanması” mərasimindən qaynaqlanır. O vaxtlar bir qrup gənclər bir yerə toplaşaraq xizəklər üzərində qətran dolu çəlləkləri yandıraraq ətrafa ziyan gətirərdilər. Sonralar ictimai təhlükəsizliyi və sərxoşluğun dərəcəsini nəzərə alaraq festivalın proqramında bir çox dəyişikliklər edildi. 1874-1880- ci illərdə çələklərin yandırılması ləğv edilərək məşəllərin yandırılması ilə əvəz edildi. Çəlləyin məşəllə əvəz olunma mərasimi ilk dəfə 1876-ci ildə baş tutmuşdur. Up Helly Aa-da isə ilk məşəl festivalı  1881-ci idə keçirilmişdir.

1889-cu ildə isə ilk dəfə Vikinglərin gəmisi əks etdirən gəmi maketi-qalley yaradılaraq festivalın əsas atributlarından birinə çevrildi.

Lervik Up Helly Aa festivalının əsası gəncləri səfeh vərdişlərdən uzaqlaşdırmaq məqsədilə  ilk dəfə 1870-ci ildə Total Abstinens cəmmiyəti tərəfindən  qoyulmuşdur.

Festivalın adı isə qədim şotland sözü-Upholiday sözündən qaynaqlanır.

 

Festivalın mərhələləri və səciyyəvi xüsusuyyətləri

1 – The Guizer Jarl. Bu festivalda əhəmiyyətli rol daşıyan, Şimal əfsanələrindən qaynaqlanan  qəhrəmanın adıdır.

2 – The Jarl Squad. Bunlar The Guizer Jarl-ın tərəfdaşları, bir qrup   cəngavərlərdir.

3 – The Galley. Hər il festival üçün hazırlanan Viking gəmisi.

4 – The Procession.  Hava qaraldıqdan sonra cəngavərlər gəmini şəhərin mərkəzinnə gətirirlər.Hər bir cəngavər müxtəlif kostyumlar-kimi tarixi, kimi aktual, kimi isə satirik üslublu libaslar  geyinirlər.

5 – The Circle Round the Galley. Bu mərhələdə cəngavərlər gəminin ətrafına toplaşırlar və ən-ənəvi Up Helly Aa manhılarını ifa edirlər.

6 – Setting Fire to the Galley.  Mahnılar oxunub bitdikdən sonra məşəl daşıyıcıları məşəllərlə gəmini yandırırlar.

7 – The Burning Galley. Gəminin yanmasından dərhal sonra cəngavərlər xalq mahnısını olan -"The Norseman's Home"-u ifa edərək  gecə əyləncəsini davam edirlər.