Avropa Azərbaycanda

Trifon Zarezan: Bolqarıstanın ikinci sevgililər günü

2019/02/15 / 181

Nərmin Əsəd.

14 fevral bütün dünyada Sevgililər Günü kimi tanınır. Lakin bu gün Bolqarıstanda əlavə əhəmiyyət kəsb edir. Bolqarıstanda, fevralın 14-ü Trifon Günü (Trifon Zarezan kimi tanınır) kimi qeyd olunur. Trifon Zarezan şərabçı və şərabçıların himayəçisi hesab olunur. Bolqarıstan təqvimini köhnə stildən yeni stilə dəyişdirildikdə St. Trifon Gününün  1 Fevrala köçürüldüyünə baxmayaraq, bir çox şərabçılar hələ də fevralın 14-də, köhnə təqvimlə bu günü qeyd edir.

Trifon və şərabçılıq arasında əlaqəni izah edən bir neçə əfsanə var. Birincisi sadəcə Trifonun şərabçıların himayəçisi kimi tanındığını qeyd edir, çünki o, şərabçı idi və üzüm bitkisinin olduğu ərazidə yaşayırdı.

Müqəddəs Trifon haqqında maraqlı bir əfsanə əslində Trifon Zarezan ilə Sevgililər Günü arasındakı naməlum əlaqə ola bilər. Bir dəfə Seint Trifon üzümdən lazımsız budaqları kəsmək üçün üzüm bağına getmişdi.  O öz işinə diqqət yetirərkən yoldan gözəl bir qadın keçmişdi. O, qadının gözəlliyi ilə ovsunlanmışdı  ki, təsadüfən burnunu qayçı ilə kəsmişdi.

Başqa bir əfsanə Trifonu Məryəmin qardaşı olaraq təsvir edir. Məryəm yenidoğan İsa ilə namaz qılmağa gedərkən Trifon üzümləri budayırdı. Trifon Məryəmin qeyri-qanuni bir uşağının olmasına güldü və Məryəm onu cəzalandırmaq üçün qəsəbəyə getdi və Trifonun həyat yoldaşına Trifonun üzüm bağında burununu kəsdiyini söylədi. Trifonun arvadı ərini görmək üçün üzüm bağına qaçdı. Trifon burununu kəsmədiyini və bunun qeyri-mümkün olduğunu izah etdi, çünki budama qayçılarını yuxarıya doğru yox aşağıya doğru yönəltmişdi. Zarafat edərək qayçını yuxarıya doğru hərəkət etdirdikdə, yanlışlıqla burnunu kəsdi. Bu həm də Trifon Gününün Bolqarıstanda Trifon Zarezan adlandırıldığının səbəbidir, Zarezan kəsilmiş, budanmış mənasını verir.

Şərab mərasimləri qədim yunan Dionysus tanrısı və bir zamanlar müasir Bolqarıstan ərazisində yaşayan və onların şərabçılıq bacarıqları ilə tanış olan Trakyalılara olan bağlılığına malikdir. Bolqarıstanın şərabçıları qış mövsümünün rəmzi olan üzümlərinin illik budanılması ilə müqəddəs Trifonu salamlayır. Ənənə qadınların mərasimi hazırlamaq üçün çörək bişirməsini və toyuq qızartmasını tələb edir.