Avropada Təhsil

Tələbələrin nəzərinə! Macarıstanda təqaüd!

2019/02/10 / 195

Macarıstan Səfirliyi tələbələrə məlumat verir ki, Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə əvvəlki illərdə olduğu kimi bu il də azərbaycanlı tələbələr üçün təqaüd proqramını təqdim edir.

Proqram çərçivəsində təqaüd ingilis dilində 3 magistratura kursuna təqdim olunur: Bitki Qoruma, Kənd İnkişafı və Aqrobiznes, Kənd Təsərrüfatı Biotexnologiyası.

Müraciət üçün son tarix 28 fevral 2019-cu ildir. Təqaüd aşağıdakıları əhatə edəcək: təhsil dövründə müraciət və təhsil haqqı əsas kitab və qeydlər ilə birlikdə, yataq otağı, yaşayış xərcləri və tibbi sığorta.

Yuxarıda qeyd olunmuş bütün xərclər, 2007-ci ildə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Macarıstan arasında imzalanmış sazişə əsasən Macarıstan hökuməti tərəfindən ödənilir.

Təqaüd yalnız tələbənin xərclərini əhatə edir; ailə üzvləri bu proqram çərçivəsində dəstəklənmir.

 

Daha ətraflı məlumatı www.fao.org/europe/news/detail-news/en/c/1176118/ linkindən əldə edə bilərsiniz.