Avropaya səyahət

Monaco gözəlliyini özün üçün kəşf et

2017/11/06 / 472

Monaco knyazlığının adı yunan dilindən “Monoikos” gəlir, tərcümədə “tərki-dünya” anlamına gəlir. Bu ərazidə yaşayan qədim yunanlar Herkulesin şərəfinə tikilən məbədi Hercules Monoikos adlandırırdılar, lakin sonradan bütün əhalini bu cür adlandırmağa başladılar.

Monako Mavi sahilin ən prestijli və bahalı şəhərlərindən biri sayılır. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır.
Bura sanki istirahət və əyləncə üçün yaradılmışdır. Monakonun ağ qumlu çimərlikləri özünü gündə qaraltmağı xoşlayan çoxlu həvəskarları cəlb edir. Axşam isə dünyanın ən məşhur kazinolarından biri olan Monte Karlo nu ziyarət edə və Monakonun gecə həyatına baş vura bilərsiniz. Monte Karlo - kurort və kazino ərazisi kimi məşhurdur. La Kondamin - limanın daxil olduğu bölgəni əhatə edir.

Bütün sahil boyu meydanlar, saraylar, kilsələr, ekzotik bitkilərdən ibarət bağlar, müasir otellər, yüksək ofis binaları var.

Knyazlığının memarlığına müxtəlif tarixi dövrlər təsir edib və nisbətən kiçik ölçüsü və yüksək sıxlığı nəzərə alaraq, dövlət açıq hava altında böyük bir muzeyə çevrilir.

Monakoda bir çox fərqli festival və şoular keçirilir. Onlardan ən məşhurları: hər sentyabr ayında keçirilən yaxta nümayişləri, qış mövsümündə keçirilən Rally "Monte Carlo", tennis üzrə beynəlxalq turnirlər. Lakin bu siyahı tam deyil.

Məşhur Kantri-Klubun tennis kortları və dəniz səviyyəsindən 1890 m hündürlükdə yerləşən qolf meydançası ilin fəslindən asılı olmayaraq hamı üçün açıqdır.

Müəllif: Pünhan Sultanov