Avropa Mədəniyyəti

Mona Lizanın davamçıları tapılıb

2018/08/09 / 311

"Mən Nataliya Strotsi, Mən Irina Strotsi, biz Mona Lizanın sonuncu yaşayan davamçılarıyıq"

Strotsi bacıları özlərini, tarixin ən tanınmış  qadınlarından birinin  birbaşa davamçıalrı olduqlarını bəyan ediblər.

Ancaq Mona Lizanın şəxsiyyətində onun təbəssümündə olduğu qədər çox sirr var. İncəsənətşünaslar və tarixçilər Leonardo da Vinci "Jokondada" həqiqətən kimin rəsmini çəkdiyini öyrənmək üçün əsrlər boyu araşdırma aparıb. Bəziləri hesab edirlər ki, rəsmdə olan qadın uydurulmuş bir şəxsdir, digərləri - bu əsəri  rəssamın avtoportreti ki qəbul edir, üçüncü nəzəriyyə əsasən isə rəssamın ilham pərisi Florensiyalı ipək tacirinin arvadı olub.

 

"Nənəmiz hər zaman bizim onunla [Mona Liza] əlaqəmiz barədə danışırdı, lakin biz heç vaxt buna bu qədər əhəmiyyət verməmişik". Dostumuz tarixçi Domeniko Savini arxivlərimizi öyrənməyə qərar verdiyinə qədər. Onun araşdırmasının nəticəsinə görə, biz, həqiqətən, dünyanın ən məhşur qadınlardan birinin davamçılarıyıq "- deyə Strotsii bacılarından biri deyir.

Strotsi ailəsi - Florensiyanın ən qədim  ailələrindən biridir. İntibah dövründə nüfuzunda, yalnız Mediçi ailəsi ilə müqayisə oluna bilərdi. Lakin Strotsi ailəsinə populyarlığı Da Vinçinin ilham pərisi tərəfindən gətirildi.

"Onun əsl adı Liza Gerardini del Jokondodur, o, indi dediyimiz kimi bizneslə məşqul olan Françesko Del Jocondonun həyat yoldaşı idi", deyə İrina Strotsi əlavə edir.

Florensiya Universitetində 15 ilini Da Vinçinin əsərlərinin tətqiqatına  həsr edən İncəsənət Tarixi professoru Reb Xetfild, Strotsii bacılarının bəyanatı ilə razılaşaraq özlərini əminliklə Mona Lizanın davamçıları hesab edə biləcəklərini vurğuladı.