Azərbaycan   ·   Belarus   ·   Ermənistan   ·   Gürcüstan Moldova     Respublikasi     və   Ukraynada təhsil alanlardan ərizələrin qəbulu.

 Ərizələrin verilməsi üçün son tarix:

18 MART  2019-cu il, Gürcüstan vaxti ilə 12:00 (Günorta, Utc+4.00)

Avropa Şərq Tarafdaşlığı Məktəbinin təqaüd proqramının məqsədi nədir?

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təqaüd proqramı yüksək keyfiyyətli, beynəlxalq səviyyədə tanınan diplom təklif etməklə, Şərq Tarafdaşlığı ölkələri – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukraynadan olan gənclər müstəsna təhsil almaq imkanı yaradır. Proqramın məqsədi, həmçinin, həmin ölkələrdən olan təhsil alanların regiondaxili mübadiləsini təşviq etməkdir.

Avropaşünaslıq təmayüllü "Beynəlxalq Bakalavriat" diplomu proqramı nədir?

 Avropa və Avropa ilə bağlı məsələləri ixtisaslaşmış şəkildə öyrənmək üçün unikal imkan yaradan proqram "Beynalxalq Bakalavriat" Diplomu üzrə iki illik kompleks və intensiv akademik kurs təklif edir. Avropa Məktəblərinin Baş Katibliyinin bələdçiliyi və dəstəyi ilə humanitar elmlər, dillər və ədəbiyyat, incəsənət və tarix istiqamətləri üzrə kurslar "Avropa Bakalavriat" (AB) proqramına uyğunlaşdırılmış və spesifik Avropa nöqteyi-nəzəri ilə tamamlanmışdır. Şagirdlər öz araşdırmaları, esseləri (inşaları) və tədris fəaliyyətləri zamanı əlava olaraq Avropa ilə bağl1 məsələlər və mövzulara nəzər yetirmək imkanı əldə edirlər.

 “Beynəlxalq Bakalavriat"ın konsepsiyası nədən ibarətdir?

 Beynəlxalq Bakalavriat (BB) təşkilatı – təhsil vasitəsilə dünyanı daha yaxşı yerə çevirmək missiyasından ilhamlanan beynəlxalq fonddur. BB təhsilə alanlara etik davranışın və məntiqi, tənqidi və müstəqil düşünmənin öyrədilməsinə xüsusi diqqət yetirən təhsil təqdim edir. BB elacə də bütün dünyada öz tələbələrinə beynəlmiləl və multikultural tədris mühitini təklif edir və tələbələri bizim qloballaşmış dünyamızın çağırışlarının öhdəsindən gəlmək üçün  hazırlayır. Bu  baxımdan, BB-nin  təhsil fəlsəfəsi "Avropa Bakalavriat" proqramının prinsip və məqsədlərinə uyğundur.

Beynəlxalq Bakalavriat" diplomuna malik olan təhsil alanlara dünyanın müxtəlif universitetlərində üstünlük veriləcəkmi?

 "Beynəlxalq Bakalavriat" diplomu 75 ölkədə 2000-dən artıq universitet tərəfindan qəbul olunur. Bu universitetlərin siyahısını təşkilatın internet saytındakı axtarış paneli (www.ibo.org) vasitəsilə əldə etmək mümkündür. BB, hamçinin, hər bir təhsil müəssisəsi tərəfindən müəyyən olunan şərtlər əsas1n-da "Beynalxalq Bakalavriat" Diplomu Proqramının məzunlarına təqaüdlər təklif edən universitetlərin siyahısını mütəmadi olaraq yeniləyir. Taqaüd Proqramını bitirdikdən sonra tələbələr rəsmi ekvivalent dərəcəni əldə etmək üçün öz diplomunu öz ölkələrində dövlət orqanlarına təqdim edə bilərlər.

Beynalxalq Bakalavriat" Diplom Proqramını kim həyata keçirir?

 Bu "Beynəlxalq   Bakalavriat"   Diplom   Proqramını   Gürcüstanın   Tbilisi şəhərindən yerləşən və 2010-cu ildən rəsmi Beynalxalq Bakalavriat Məktəbi kimi fəaliyyət göstərən "New School" məktəbi icra edir. Bu məktəb Gürcüstanda çoxdilli və multikultural tədrisə, habelə bir çox yerli və xarici məzunlarının uğurlu təhsil va iş karyerasına öz töhvəsini vermişdir. Son dövrdə, "New School" məktəbi həmçinin Avropaşünaslıq tamayüllü "Beynalxalq Bakalavriat" diplomunun verilməsində əhəmiyyətli uğura nail olmuşdur və haz1rda regiondan olan şagirdlərin yeni qrupu ilə bu tədris təcrübəsini davam etdirməyə daha da hazırdır.

New School" məktəbində hansı sinifdənkanar məşğələlər nəzərdə tutulmuşdur?

 Sinifdankanar maşğələlər təhsil alanlara Aİ elm xadimlərinin və yüksək vəzifəli şəxslərin Avropa mövzularında təşkil etdikləri konfrans və tədbirlərdə iştirak etmak imkanı verərək, onların "New School" məktəbindəki təcrübəsinin Avropa aspektinin formalaşmasına əlavə töhfə verəcək. Təhsil alanlar1n Avropa və onun əhalisi barədə biliyini artırmaq üçün Avropa institutlarına tədris səfərləri də təşkil olunacaqd1r. Bu iki illik proqram ərzində, təhsilalanlar həmçinin müxtəlif fəaliyyətlərdə, o cümlədən, futbol, basketbol, voleybol, üzgüçülük, şahmat, BMT modeli, aktyorluq və kulinariya dərnəklərində iştirak edirlər. Hər semestrdə təhsil alanlar Gürcüstanın müxtülif güşələrinə sayahət etmək imkanına malik olurlar va bu amilin həqiqətən də taqaüdçü tahsil alanların təcrübəsini zənginləşdirdiyi özünu sübut edib.

Taqaüd Proqramı ərizəçilər üçün bərabər imkanları təmin  edirmi?

Təqaüd Proqramının məqsədi qəbul edilmiş ərizələr əsasında ədalətli gender balansını və coğrafi cəhətdən balanslı təmsil olunmanı təmin etməkdən ibarətdir. Bu prinsiplərə alt1 Şərq Tərəfdaşl1ğ1 ölkəsinin hər birindən olan tələbələrdən ibarət ilk qrupun təşkili zamanı uğurla riayat olunmuşdur. Şərq Tarafdaşlığı ölkələrindən birinin vətandaşları olan və məcburi köçkün və qaçqın statusu daşıyan təhsil alanlar da ərizə verməyə dəvət olunurlar.

Məktəbdə oxuduqları müddətdə tələbələr harada yaşayacaqlar?

Tələbələr "New School" məktəbinin ərazisində yerləşən yataqxanada yaşay- acaqlar. Yeni yataqxana tələbələr və məktəb personalının rahatlığı üçün hər bir şəraitlə təmin edilmişdir. Yataqxananın dərsləri hazırlamaq və sosial toplantılar üçün nəzərdə tutulan ümumi istifadə yerləri tələbələr arasında bilik və təcrübə mübadiləsi üçün gözöl imkanlar yarad1r. Yataqxananın müdiri və məsləhətçilər komandası təhsil alanlara daimi nəzarəti hayata keçirəcək, onların rahatlığını, təhlükasizliyini və ümumi firavanlğını təmin edəcəklər.

Yataqxanada yaşayış şəraiti necədir?

Məktəb yataqxanasında optimal təhsil atmosferi yaratmaq üçün zəruri

şərait və məişət texnikası ilə təchiz olunmuş hər bir otaqda iki tələbə yaşayır. Bundan əlavə, "New School" məktəbində təhsil alanlara verilən qida yüksək keyfiyyət standartlarına uyğun hazırlanır və daim sağlam və təzə olur. Hətta qida məhdudiyyətləri olan təhsilalanlar üçün də müxtəlif yemək çeşidləri təklif olunur.

Şagirdlər ildə neçə dəfə evə gedib gələ biləcəklər?

Şagirdlər ildə dörd dəfə (q1ş, pay1z, yay va yaz tətillərində) öz ölkələrinə gedə bilərlər. Yol xərcləri taqaüdə daxildir.

Tələbələr tədris materiallar1 ilə təmin ediləcəklərmi?

"Beynalxalq Bakalavriat" Diplomu üçün zəruri olan spesifik ləvazimatlarla (məsələn, Ti kalkulyatorları) yanaşı, tədris materialları təqaüddə nəzərdə tutulur. Bundan əlava, taqaüd alan tələbələr fərdi olaraq sinifdə istifadə etmək və ev tapşırıqlarını yerinə yetirmək üçün şəxsi noutbuk ilə, elacə də yataqxananın mobil tətbiqindən istifadə edə bilmək üçün mobil telefon ilə təmin olunurlar.

Tibbi sığorta nələri əhata edir?

Təhsilalanlar əsas tibbi xərclərin əksəriyyatini, o cümlədən stomatoloji xidmatlari tam şəkildə əhata edən tibbi sığortaya malik olacaqlar. Tibbi xidmətlərin siyahısı hər il yenilənir.

Şagirdlər tərəfindən hansı xərclər ödənilməlidir?

Təqaüd əksər yaşayış xərclərini əhatə edir, buna görə də təhsilalanlar yalnız öz geyimləri və taqaüdün əhatə etmədiyi əlavə fəaliyyətlərlə bağlı xərcləri ödəməli ola bilərlər.

Məktəbdə hansı geyim forması tələb olunur?

Məktəbdə rəsmi geyim formaları yoxdur, lakin tələbələr ağ köyək və tünd rəngdə şalvar va ya don geyinməlidirlər.

Təhsilalanlardan hansı şəxsi sənədlər tələb olunur?

Müraciət prosesində təhsilalanlar "Valideynin razılığı" formasını, doğum haqqında şəhadətnaməni və əvvəlki tədris ili (illəri) üzrə qiymətlərini ingilis dilində və ya əgər sənədlərin əsli ingilis dilində deyildirsə, ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş şəkildə təqdim etməlidirlər. Təqaüd verilən şagirdlər öz pasportlarını, doğum haqqında şəhadətnamələrini və qiymət cədvəllərini gətirməlidirlər.

Tələbələr üçün Tbilisi daxilində nəqliyyatdan istifadə pulsuzdurmu?

Tbilisi daxilinda   avtobus və metro daxil olmaqla ictimai nəqliyyatdan istifadə təqaüd alan tələbələr üçün pulsuzdur.

Ərizə qəbulu elanı barədə bütün məlumatları əldə etmək və onlayn müraciat prosesini başa çatdırmaq üçün www.eapeuropeanschoo .eu

internet saytına daxil olmag1nızı xahiş edirik.

 

Əlava malumat üçün zəhmət olmasa euscho arship@eapeuropeanschoo .eu elektron poçtu və ya

+ 995 32 225 70 06 (stasionar) telefon nömrəsi vasitəsilə əlaqə saxlayın.