Avropa Azərbaycanda

Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır

2019/03/08 / 59

Azərbaycanın Biləsuvar rayonundan olan Gövhər Xanhüseynova həmişə şirniyyat bişirməyi xoşlayıb.

 

2016-cı ildə regionda Qadın Resurs Mərkəzinin açılışından xəbərdar olan kimi o, dəstək üçün buraya müraciət edir. Mərkəzdə bir sıra treninqlərdən – mühasibatlığın əsasları, hüquq işi, kiçik biznesin aparılması, həmçinin özünəqiymətin artırılması ilə bağlı psixoloji treninqlərdən də keçir.

Mərkəz vətəndaş cəmiyyətinin rolunu artırmaq və gender bərabərliyini gücləndirmək üzrə layihə çərçivəsində fəaliyyət göstərib. Layihə 2016-2018 illərdə Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə keçirilib. 

Burada iştirak üçün patriarxal dəyərlərin daha güclü olduğu Azərbaycanın cənub sərhədindəki regionlar seçilib.

“Məşğələlərin birində bizlərə evdar qadından məktub oxudular. Məktubda sanki mənim yaşadığım həyəcanlar, fikirlər və hisslər yazılmışdı. Bu görüşdən öz işimi quracağam və məndə hər şey alınacaq fikirləri ilə özümə tam əminliklə çıxdım”, – Gövhər fikirlərini paylaşır. 

Layihənin maliyyə dəstəyi çərçivəsində qəhrəmanımız şirniyyat evini açaraq, buranı nəvəsinin şərəfinə “Mələyim” adlandırır.

Martın 4-də müəssisənin bir ili tamam olur. Bu müddətdə istehsalatın həcmi beş dəfə artıb. Gövhər iki köməkçisi ilə birlikdə demək olar ki, həftənin bütün günləri çalışır.

“Əgər əvvəllər gün ərzində 5 kiloqram un istifadə edirdiksə, indi 20 kq, bəzən isə 25 kiloqrama qədər undan istifadə edirik. Yeni il bayramı ərəfəsində hər gün 50 tort bişirirdik”, – şirniyyat evinin sahibəsi danışır.

Burada hər gün 30 növdə şirniyyat məmulatları hazırlanır. Daha çox milli şirniyyatlardan – paxlava, şəkərbura və qoğala – tələbat var.

Həvəslə dolu Gövhər Xanhüseynova biznesini inkişaf etdirmək niyyətindədir. Onun yaxın gələcək planlarında – şirniyyat evini qadınlar üçün kiçik kafeyə çevirməkdir. Məkan bunu etməyə imkan verir. Həmçinin rayonda qadınlar üçün bu cür məkana böyük tələbat var.

“Bacarıq və qabiliyyətlərinizdən cəsarətlə istifadə edərək, onları inkişaf etdirməyə çalışın. Maliyyə baxımından müstəqil olmağınıza heç nə mane olmasın”, – bu gün belə fikirlərlə Gövhər xanım Azərbaycanın bütün regionlarındakı qadınlara səslənir. 

Yelena Ostapenko