Avropaya səyahət

Filmlərdən həqiqətən baş çəkə biləcəyiniz 6 məşhur Avropa kafesi

2019/08/01 / 159

Restoranlar, kafelər, barlar və sairələr bir qayda olaraq hekayə süjetinin vacib hissəsidir. Bəlkə də bir qrup dostun qəhvə içib birlikdə vaxt keçirdiyi və ya iki personajın qətl planlaşdırdığı yerlərdir. Təəssüf ki, şoularda və filmlərdə dünyanın hər yerindən olan çoxsaylı film çəkilişi yerlərindən istifadə edilsə də, heç də onların hamısı pərəstişkarlarının baş çəkə biləcəyi əlçatan və ya hətta real yerlər deyildir.

Habelə, kino həvəskarları üçün yaxşı xəbərimiz də vardır. Baş çəkə biləcəyiniz, real həyatdan götürülmüş məkanlardan istifadə edən bir sıra məşhur filmlər var. Həqiqətən yemək yeyə biləcəyiniz, filmlərdən olan 6 yer vardır. Onlar aşağıdakılardır:

 

1. The Grand Budapest Hotel filmindən MENDL's Bakery (MENDL çörəkxanası)

Harada: Bautzner küçəsi 79, 01099 Drezden, Almaniya 

Ves Andersonun sonuncu filmində bütün o gözəl şirniyyatları hazırlayan çörəkxana real həyatda əslində iki fərqli yerdir. Xarici görüntü Almaniyanın Görlitzdəki mağaza vitrinindən alınıb, daxili görüntü isə Dresdner Molkerei Gebrüder Pfund adlanan Almaniyanın Drezden şəhərindəki məşhur süd məmulatları mağazasından alınıb. 

2. Love Actually filmindən Bar de la Marine

Harada: 15 Quai de Rive Neuve, 13007 Marsel, Fransa

Bu filmdə Lúcia Monizin işlədiyi portuqal restoranı əslində Fransanın cənubunda yerləşir və Bar de la Marine adlanır.

 3. Midnight In Paris filmindən Le Polidor

Harada: 41 Rue Monsieur le Prince, 75006 Paris, Fransa

"Midnight in Paris” filmi 1920-ci illərin Paris şəhərinə geri səyahət edən məşhur senarist Gili izləyir. Burada Ernest Heminquey, Ceyms Coys və Cek Keruak öz dövrlərinin əsl bistro havadarları olması deyilirdi. 

4. Amélie filmindən Café des Deux Moulins

Harada: 15, Rue Lepic, 75018 Paris, Fransa

Baş personaj Amelinin işlədiyi yer kimi biz bu heyranedici film boyunca bir çox hallarda “Café des Deux Moulins” kafesini görürük. Məhz burada Ameli anlayır ki, digər insan həyatlarına xoşbəxtlik gətirmək kimi vergiyə malikdir.

 5. Eat, Pray, Love filmindən Ristorante Santa Lucia 

Harada: Largo di Febo 12, 00186, Roma, Lazio, 00186 Roma

Filmin baş qəhrəmanı Elizabetin tətil zamanı yaşadığı üç ölkədən biri İtaliya idi və məhz bu ölkədə bu romantik komediyadakı saysız-hesabsız yemək səhnələri  təqdim edilirdi. Yəqin ki, bunların arasında ən yadda qalanı Elizabetin Santa Lucia restoranında dostları ilə paylaşdığı böyük nahardır - və onlayn baxmaq nə qədər gözəldirsə, oradakı yeməyi ekranda göründüyü kimi real həyatda dadmaq da bir o qədər əladır.

6. Inglourious Basterds filmindən Bistrot La Renaissance

Harada: 112 Rue Championnet, 75018 Paris, Fransa

Kventin Tarantino 2009-cu ildə çəkdiyi filmdə iki mühüm ardıcıllığı bu real həyatdan götürülmüş Parisdəki bistroda çəkməyi seçdi. Onun içərisinə girəndən sonra bunun səbəbini daha tez anlayacaqsınız. 18-ci dairədə bu gizli xəzinədə ekranlardan gördüyünüz məhz oradan əldə edəcəyiniz şeydir. "Belle" əsrindən qalan pilləkənlərə tərəf aparan ləkəli güzgülər və vitraj şüşələri bu yerin köhnə cazibəsini qoruyub saxlayır və yerliləri özünə cəlb edir.

 

Mənbə:

https://www.independent.co.uk/travel/10-restaurants-from-movies-around-the-world-you-can-actually-visit-10388112.html ; http://drfoodle.com/ten-european-restaurants-cafes-featured-films/

https://matadornetwork.com/read/famous-restaurants-tv-and-film/