Avropada Təhsil

Erasmus nədir?

2019/01/14 / 224
Kənan Zülfüqarov.
 
Erasmus nədir? Təqaüdlə necə təhsil almaq olar? Erasmus layihələrində necə pulsuz iştirak etmək olar?  SizinAvropa sizin üçün bu suallara cavablarını təqdim edir. 
 
 
Erasmus öz adını Avropanın bir çox universitetlərində təhsil almış Hollandiyalı elm adamı Erasmusun (1469–1536) adından götürülmüşdür. Proqramın əsas məqsədi Avropa ölkələrində və digər ölkələrdə oxuyan tələbələrin, universitet müəllimləri, professor heyətinin mübadilə edilməsidir. Bu mübadilənin isə əsas məqsədi fərqli ölkələrin insanlarını bir araya gətirmək vəmədəniyyətlərin vəhdətini təşkil etməkdir. 
 
 Programın üstünlükləri: 
 
Bu programın üstünlüklərindən biri də onun bir deyil, xeyli ölkəni səyahət etmək imkanı qazandırması, ordaki fərqliliklərlə tanış olma və qədim sivilizasiya mərkəzlərini, bir sözlə gözəlliyi, Avropanı fəth etmə şansı verməsidir.
 
Təkcə Ingilis dilini deyil, həmçinin yaşadığın ölkənin ana dilini və əgər istəkli olsan oradakı tələbələrdən könüllü şəkildə onların dilini öyrənmək imkanı da əldə edə bilirsən.
Yeni dostlar…Bəli dünyanın hər bir yerindən yüzlərlə yeni dostlar əldə etmiş olursan və artıq hər hansısa bir ölkəyə gedəcəyin təqdirdə səni qarşılayacaq biri olacaq ən azından
 
 
Təqaüd:
 
“Erasmus Mundus” Avropa Birliyi nəzdində fəaliyyət göstərən  Avropa Komissiyası tərəfindən maliyyələşən bir təhsil programdər. Təhsil aldığınız müddətdə bütün yaşam, siğorta, visa, gediş və geri dönüş biletlərini özündə birləşdirən Təqaüd paketinə yiyələnirsiniz
Minimum təqaüdün avro ilə dörd rəqəmli ədəd olduğunu demək kifayətdir
 
Müraciət prosedurları: 
 
Bu programı diger Tələbə mübadilə programlarından fərqləndirən ən mühüm cəhətlərindəə biri de bütün prosedurlarınun online yəni internet üzərindən olmasi və imtahan və ya intervyu olmamasıdır.
Facebookda Azərbaycandan olan rəsmi Erasmus səhifəsi:https://www.facebook.com/ErasmusMundusAzerbaijan
 
Programda iştirak etmək üçün ilk şərt oxuduğunuz universitetin Erasmusun partnyor universitetlərindən biri olmasi vacibdir. Bu barədə məlumatı universitetinizin xarici əlaqələr departamentindən ala bilərsiniz.
 
Digər şərtlər:
Azərbaycan vətəndaşı olmalı.
Son 5 il ərzində ümumi olaraq 12 aydan artıq Avropa ölkələrində olmamalı
Ingilis və ya hansı dildə təhsil alınması planlaşdırılırsa həmin dildə yüksək bacarığa sahib olmalı.
 
P.S Erasmus bir qədər mürəkkəb quruluşa malikdir. Target qruplar bir qədər sizi caşdira bilər, amma daha dolğun məlumat üçün sonda əlavə olunan linklərdən məlumat ala bilərsiniz. Həmçinin universitetinizin hansı layihəyə partnyor olduğunu öyrənə bilərsiniz
 
 
Online müraciət zamanı sizə lazım olacaq sənədlər:
 
1. Motivasiya məktubu (Motivation Letter əsasən 1 səhifə olur, nəye göre programda iştirak etmek iistədiyinizi, qazanmağa ümid etdiyiniz şeyləri qeyd edirsiniz)
2.Tövsiyyə məktubu (Recommendation letter- professor və ya müəlliminizdən sizin barənizdə yazılmış GÖZƏL sozlərdən ibarət məktub
3.Təhsil aldığınız müddətdə keçdiyiniz dərslərin TRANSCRİPT-I (bunu universitetin dekanatlığından rahatlıqla ala bilərsiniz)
4. Dil bilginiz haqqında sertifikat.
5.Universitetiniz tərəfindən orada ozuduğunuzu təsdiq edən arayış.
6. Xarici pasportunuzun surəti (scan olunmuş formada yükəyin)
7. Sizdə olan digər bütün sertifikatlarınızın surəti (scan olunmuş formada)
 Qeyd:  Bütün bu yuxarıda sadaladığımız sənədlərin ingilis dilində olmağı VACİBDİR. Adları çəkilən sənədləri sayta yükləməyiniz kifayətdir.
Ingilis dilini və ya digər dili hansını ki, təhsil müddətində oxumağı planlaşdırırsınız ən azı orta səviyyədə bilməyiniz vacibdir. Məsələn, Avstriyada almanca, Fransada fransız dilində oxuya bilərsiniz.
 
Bu program çərçivəsində heç bir imtahan keçirilmis bütün prosedurlar online (internet üzərindən) həyata keçirilir. Online qeydiyyat dövrü müraciət etdiyiniz (universitetinizin partnyor olduğu) asılı olaraq əsasən Dekabrın sonu başlayıb Fevralın əvvəli başa çatır. Nəticələr ən geci May ayında məlum olur. Daha sonra seçilmiş tələbələr üçün xüsusi sənədlər göndərilir və siz Avropadakı universitetdə təhsil alacağın dərsləri qeyd edirsiniz. 1 ay müddətində viza proseduru davam edir və viza üçün sənədlərinizi toplayıb, vizanızı alırsınız. Biletinizi isə Avropa komissiyası online şəkildə alır və sizə göndərir. Bundan sonra isə sizi “Turkish Airlanes” ilə gedəcəyiniz ölkəyəcən yola salırlar
… VƏ Sentaybr ayında bir də gözünüzü açırsınız ki, artıq Avropada- tam fərqli bir mühitdəsiniz, gerisini isə özünüz görməlisiniz.
 
Sizə program çərçivəsində kömək edəcək şəxslər: 
Erasmus Mundusda oxuduğunuz universitet tərəfindən hər bir tələbə üçün xüsusi tyutor təqdim edilir. Tyutorlar həmin universitetdə oxuyan  və sizə hər cür köməklik göstərməyə çalışan könüllülərdən biri olurlar.
 
 
Azərbaycandan Erasmus programı ilə partnor olan universitetlərin  siyahısı:
 
 
  1.   Azərbaycan Dillər Universiteti (Azerbaijan University of Languages)
  2.   Azərbaycan Memarlıq və Inşaat Universiteti (Azerbaijan University of Architecture and Construction)
  3.   Qafqaz Universiteti (Caucasus University)
  4.   Bakı Dövlət Universiteti (Baku State University)
  5.   Naxçıvan Dövlət Universiteti (Nakhchivan State University)
  6.   Xəzər Universiteti (Khazar University)
  7.   Azərbaycan Dövlət Kənd Təsərrufatı Universiteti (Azerbaijan State Agricultural University)
  8.   Mingəçevir Politexnika Universiteti (Mingachevir Polytechnical Institute)
  9.   Bakı Slavyan Universiteti (Baku Slavic University, Azerbaijan)
  10.   Lənkəran Dövlət Universiteti (Lankaran State University, AZERBAIJAN)
  11.   Azərbaycan Texniki Universiteti (Azerbaijan Technical University)
  12.   Azərbaycan Müəllimlər Universiteti (Azerbaijan Teachers” Institute)
  13.   Bakı Bisnes Universiteti (Baku Business University)
  14.   Qərb Universiteti (Western University)