Avropa Azərbaycanda

Elçin Şirinovun caz konserti

2019/06/20 / 125

Azərbaycanın Əməkdar artisti, pianoçu Elçin Şirinov - qeyri-adi caz kvartetin əsas qüvvəsidir. Alman müğənnisi Erik Loythauzerlə Polşada Vokal Caz Festivalında görüşdən sonra, iki uzaq ölkələrdə yaşamaqlarına baxmayaraq, birlikdə çıxış etmək arzusu yarandı.

Musiqi bütün sərhədləri aşır və beləliklə 2019-cu ildə müğənni və pianoçu, həmçinin iki tanınmış alman caz musiqiçiləri - bas gitaraçı və gitaraçı Bernhard və Peter Meyer qardaşları ilə yeni kvartet yaranır.

Bu iki qardaş "Melt Trio" kimi çoxsaylı proyektlərlə alman caz səhnəsində bir dalğa yaradırlar. Kvartetin hər bir üzvü ümumü iş üçün öz musiqi təcrübəsini, hekayələrini və kompozisiyalarını əsirgəmir.