Avropa Mədəniyyəti

Dünyanın ən prestijli Nobel mükafatı

2018/11/27 / 44

Nərmin Əsəd.

Nobel mükafatı İsveç  Alfred Nobelin  irsidir. Mükafatlar, "ötən il ərzində insanlığa ən böyük fayda verənlərə"  layiq görülür. 10 dekabr İsveçdə və Norveçdə Nobel Günüdür. Bu mükafat sahibləri üçün bir həftəlik çıxışlar, konfranslar və qəbulların bir hissəsidir. Bu gün Stokholm Konsert Salonunda Nobel mükafatlandırma mərasimində, Fizika, Kimya, Fizyoloji və ya Tibb elmləri və Ədəbiyyat şöbələri İsveç Kralından  medal, həmçinin diplom və pul mükafatı alırlar. Mərasimin ardından ziyafət təşkil edilir. Oslo şəhərindəki Nobel Sülh Mükafatı da  eyni gündə verilir.

Alfred Nobel kim idi? İsveç Alfred Nobel kimyaçı, mühəndis, ixtiraçı və sahibkar idi. O, Stokholmda 21 oktyabr 1833-cü ildə anadan olub və 1896-cı il 10 dekabr tarixində San Remo şəhərində dünyasını dəyişib. O həyatını partlayıcı maddələrin öyrənilməsinə həsr etmişdir və onun ixtiralarına partlayış başlığı, dinamit və dumansız barıt daxildir. Nobel, 1882-ci ildə St. Gotthard Tuneli inşa edildiyi zaman dünyada məşhur oldu və ilk dəfə belə böyük miqyasda dinamit istifadə edildi.

1901 və 2016 illəri arasında 49 dəfə Nobel mükafatı və İqtisad elmləri mükafatı qadınlara verilmişdir. Marie Kuri, iki dəfə  1903 Nobel Fizika mükafatı və Kimya üzrə 1911 Nobel mükafatı almışdır. Bu o deməkdir ki,  1901-ci ildən 2016-cı ilədək Nobel mükafatına  48 qadın layiq görülmüşdür. 1905-ci ildə Avstriyalı baroness və yazıçı Bertha von Suttner Almaniyada və Avstriyada sülh hərəkatı ilə işlədiyi üçün Nobel Sülh mükafatını qazanan ilk qadın laureat oldu . Dörd il sonra, 1909-cu ildə İsveçli Selma Lagerlöf ilk qadın Ədəbiyyat mükafatı laureatı oldu.

Bu günə qədər ən gənc Nobel mükafatı laureatı 2014-cü ildə Nobel Sülh mükafatına layiq görülən 17 yaşlı Malala Yousafzaydır. Bu günə qədər ən yaşlı mükafat qazanan Leonid Hurwicz 90 yaşında olanda İqtisadiyyat mükafatına layiq görülmüşdür. Rudyard Kipling bu günə qədər ən gənc Ədəbiyyat laureatıdır.O 1907-ci ildə Ədəbiyyat mükafatı ilə təltif olunduqda 42 yaşında idi. Ən yaşlı Ədəbiyyat laureatı Doris Lessing, 2007-ci ildə 87 yaşındaykən bu mükafata layiq görüldü.

İki qalib Nobel mükafatını qəbul etməmişdir. 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Jean-Paul Sartre, mükafatı bütün rəsmi mükafatları qəbul etmədiyindən  qəbul etməmişdi. Le Duc Tho, ABŞ dövlət katibi Henri Kissinger ilə birlikdə Vyetnam sülh razılaşması müzakirə etdiyindən 1973-cü ildə Nobel Sülh mükafatına layiq görülmüşdür.Lakin  Le Duc Tho, Vyetnamdakı vəziyyətə görə Nobel Sülh Mükafatını qəbul etmədiyini söyləmişdir.

Alfred Nobel sosial məsələlərə böyük maraq göstərirdi və sülh hərəkatı ilə məşğul idi. Avropadakı beynəlxalq sülh hərəkatında iştirak  edən və sonra Sülh mükafatına layiq görülən Bertha von Suttner ilə tanışlığı sülhə dair fikirlərinə təsir etdi. Sülh, Nobelin iradəsi ilə qeyd etdiyi beşinci və son mükafat sahəsi idi. Nobel Sülh mükafatı, Norveç Parlamentinin  seçdiyi bir komitə tərəfindən verilir. 2018 Nobel Sülh mükafatı 2018-ci ildə Denis Mukwege və Nadia Murad ilə birgə "seksual şiddətin döyüş və silahlı qarşıdurma silahı olaraq istifadə edilməsinə istiqamətli səyləri üçün” verildi.