Bir çox dahi rəssamlar dünyada şöhrət qazanan rəsmlərində sevgililərini təsvir etmişlər. Bəziləri isə məşhur aktrisaları və ya rəqqasələrı, onları ilhamlandıran qadınları çəkirdilər. Bəs reallıqda bu qadınlar necə görünürdülər və nə ilə məşğul olurdular?

 Sizə məşhur rəssamların portretlərində çəkilmiş qadınların şəkillərini təqdim edirik:

 

Adel Blox-Bauer, Qustav Klimtin modeli

Adel burjua ailəsində anadan olub, atası Vyana Bank İttifaqının baş direktoru olub. O, 18 yaşında sənətşünas Ferdinand Bloh-Bauer ilə evləndi. Adel Qustav Klimtin dörd əlamət əsəri üçün poza verib. Onlardan ən məşhuru "Adel Blox – Bauerin portreti I" dir.

Janna Ebyutern, Amedeo Modilyaninin modeli

Janna özəl İncəsənət Məktəbində təhsil alıb. Orada o, Akademiyanın tələbələri arasında modellər seçən italyan rəssamı Amedeo Modilyani ilə tanış oldu. Tezliklə onların arasında sevgi münasibəti başladı. Janna Modilyaninin rəsmlərinin əsas mövzusu oldu — rəssam onun 25-ə yaxın portretini çəkmişdir.

Aktrisa Janna Samari, Pyer-Ogüst Renuarın modeli

Janna Samari Fransız aktrisasıdır. Evlilikdən əvvəl o, Pyer-Ogüst Renuarın atelyesinin yaxınlığında yaşayırdı və tez-tez ona poza verməyə gedirdi. 1877-1878-ci illərdə rəssam Jannanın 4 portretini çəkib. Ən məşhurlarından biri "Aktrisa Janna Samarinin portreti" dir.

Janna Avril, Anri de Tuluz-Lotrekin modeli

Janna Avril "Moulin Rouge" kabaresinin rəqqasəsi, fransız rəssamı Anri de Tuluz-Lotrekin sevimli modeli və dostu olub. Janna 1889-cu ildə "Moulin Rouge"-un açılışında çıxış etmişdir və böyük məşhurluq qazanmışdır. Tuluz-Lotrek 20 yaxın rəsmində Jannanı təsvir etmişdir.

Qala Dali (Elena Dyakonova), Salvador Dalinin modeli və həyat yoldaşı

Elena Dyakonova Salvador Dalidən 10 yaş böyük idi. Onlar 1929-cu ildə tanış oldular, həmin vaxt Elena, fransız şairi Pol Elüarın həyat yoldaşı idi. Elena Elüardı tərk etdi və Dali ilə evləndi. Onlar 53 il – tam Elenanın ölümünə qədər ayrılmadılar. Dali, həyat yoldaşının saysız-hesabsız portretlərini çəkmişdir.

Olqa Xoxlova, Pablo Pikassonun modeli və həyat yoldaşı

Olqa Xoxlova, rus balerinası və Pablo Pikassonun həyat yoldaşı olub. Onlar 17 illik ailə həyatından sonra ayrılmaqlarına baxmayaraq, Olqa, 37 il Pikassonun qanuni həyat yoldaşı olaraq qalmışdır. Bu, Pikassonun çəkdiyi rəsmlər də daxil olmaqla, əmlakı bölüşdürməkdən imtina etməsi ilə bağlı idi. Onların arasındakı gərgin münasibətlər rəsmlərdə də öz əksini tapıb: sevgi hekayələrinin başlanğıcında Olqanın portretləri realist üslubunda olub, amma nikahları dağıldıqdan sonra Pikasso onu yalnız sürrealizm üslubunda təsvir edib. Buna misal olaraq "Mujer con sombrero (Olga)" rəsmini göstərmək olar.

Lidiya Delektorskaya, Anri Matissin modeli

Lidiya Delektorskaya rus tərcüməçisi və fransız rəssamı Anri Matissin katibəsi olub. O, Nitsa şəhərində avtobus dayanacağında sənətçinin köməkçi axtardığı barədə bir elanı oxuduqdan sonra Matissə müraciət etdi. 22 yaşlı Lidiya 63 yaşlı Matissin anasının baxıcısı oldu. Sonradan isə rəssam Lidiyada özü üçün ideal olan modeli gördü.

 

Mənbə: https://brightside.me/creativity-art/what-13-women-from-the-paintings-of-iconic-artists-really-looked-like-747310/