Avropa Mədəniyyəti

Başqalarına şöhrət qazandıran Avropanın görkəmli qadın alimləri

2019/08/08 / 120

Qadın alimləri elmə çox böyük töhfələr vermişlər, lakin, təəssüf ki, onların işləri yetərincə qiymətləndirilməmişdir və arxa plana keçmişdir.

Şöhrəti başqalarına çatan dahi avropalı qadın alimlərini sizə təqdim edirik:

 

Astrofizikaçı Coselin Bell Bernell

Syuzan Coselin Bell Bernell britaniyalı astrofizikdir. Astronomik obyektlərin – pulsarların ilk kəşf edənidir.

Aspirant olduğu zaman, Bell, elmi rəhbəri Entoni Hyuişlə birlikdə, ilk pulsarı müşahidə etmişdir. O, lazım olan siqnalları əngəllərdən ayırmağı bacarmış və professor Hyuişə siqnalların mənbələrini ətraflı araşdırmağa razı salmışdır.

7 il sonra Entoni Hyuiş və Martin Rayl pulsarların açılmasına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdürlər. Astrofizikada inqilab yaradan açılışda Coselinin iştirakı isə arxa planda qalır. Yalnız təxminən yarım əsrdən sonra Bernell 3 milyon dollar həcmində fundamental fizika sahəsində xüsusi mükafata layiq görülüb. Ondan əvvəl bu mükafat tarix boyu yalnız 3 dəfə verilmişdir.

Fizikaçı və radiokimyaçı Liza Meytner

Liza Meytner — avstriyalı fizikaçı və radiokimyaçıdır. O, nüvə fizikası, nüvə kimyası və radiokimya sahələrində tədqiqatlar aparmışdır. Mendeleyev cədvəlinin 109-cu elementi onun şərəfinə "Meitnerium" adlandırılmışdır.

Meytner Nüvə Parçalanmasını kəşf edən və izah edən komandanın bir hissəsi idi. Lisa, nüvə parçalanması prosesinin böyük bir enerji emissiyasına səbəb ola biləcək bir zəncirvari reaksiya yarada biləcəyinin fərqinə vardı. Bu bəyanat elm sahəsində sensasiya yaratdı. Lakin, 1944-cü ildə kimya üzrə Nobel mükafatı komitəsi Meytnerin xidmətlərini saymayaraq Nüvə Parçalanmasının kəşfinə görə mükafatı Otto Hana verdi. Və Otto Han Lizanın xidmətlərindən heç vaxt danışmadı, buna görə də Liza onunla bir daha işləmədi.

Buna baxmayaraq Liza Meytner 1949-ci ildə Mals Plank mükafatını və 1966-ci ildə ABŞ Atom Enerjisi Komisyasının verdiyi Enriko Fermi mükafatına layiq görülmüşdür. O, Enriko Fermi mükafatını qazanan ilk qadın olmuşdur.

Həmçinin Meytner nüvə silahlarının hazırlanmasında iştirakdan imtina etdi. Məhz оna görə onun məzar daşında "Liza Meytner: insanlığını heç vaxt itirməyən fizikaçı" yazısı yazılıb.

 

Biofizikaçı  Rozalind Franklin

Rosalind Franklin — DNT quruluşunun öyrənilməsi ilə məşğul olan, İngilis biofizikaçısı və rentgenoqraf alimi.

Moris Vilkins və Rosalind Franklin DNT-ni öyrənən müxtəlif tədqiqat qruplarına rəhbərlik edirdilər. Franklin tərəfindən çəkilən şəkillər hər iki qrupun alimlərinin fərziyyəsini təsdiqlədi və onlar eyni zamanda kəşfləri haqqında məqalələr dərc etdilər.

Lakin, DNT quruluşunun kəşfi Franklinə deyil, Moris Vilkinsin tədqiqat qrupuna Nobel mükafatı qazandırdı.

 

 

Xatirə Vəliyeva