Avropa Azərbaycanda

Bakıda daha bir “İtaliya filmlərinin dadı” başlığı altında Film Festivalı keçirilir

2017/11/27 / 80

20-26 noyabr tarixlərində dünyanın müxtəlif ölkələrində İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəstəyi ilə dünyada İtaliya mədəniyyətinin təbliği və təşfiqi məqsədi ilə hər il olduğu kimi, bu il də Dünyada İtaliya Mətbəxi həftəsi keçirilir. Ancaq, İtaliyanın Azərbaycandakı səfirliyi Dünyada İtaliya Mətbəxi həftəsini digər ölkələrdən fərqli tərzdə keçirmək qərarına gələrək, bu həftəyə daha 4 gün əlavə etdi. Belə ki, 27-30 noyabr tarixlərində Bakıda İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dünyada İtaliya Mətbəxi həftəsi çərçivəsində “İtaliya filmlərinin dadı” başlığı ilə film festivalı keçirələcəkdir. Festival çərçivəsində İtalyan mətbəxinin incəliklərini özündə ehtiva edən, beynəlxalq mükafatlara layiq görülən İtaliyanın məhşur filmləri qonaqlara nümayiş etdiriləcəkdir.

Belə ki, bütün filmlər Landmark III Hotel və Biznes mərkəzinin (Nizami küçəsi 90A) “Cineclub” zalında aşaqdakı cədvələ uyğun olaraq 4 gün ərzində nümayiş olunacaqdır.

Festivalın birinci günü:

27 noyabr tarixində, saat 19:00-da Silvio Soldininin rejissoru olduğu “Çörək və Zanbaq” filmi nümayiş olunacaq.

Festivalın ikinci günü:

28 noyabr, saat 19:00-da Alberto Sinonunun çəkdiyi “İnspektor Montalbano filmi” qonaqlara təqdim olunacaq.

Festivalın üçüncü günü:

29 noyabr, saat 18:30-da Andrea Qroppolero di Troppenburgun çəkdiyi “İtaliya ağ-qarada yeyərkən” filmi və 19:00-da Ermanno Olmi və Cakomo Qattinin müştərək filmi olan “Şərab qayaları” filmini qonaqlar izləyə biləcəklər.

Festivalın sonuncu dördüncü günü:

30 noyabr saat 18:30-da Ancelo Rosettinin rejissoru olduğu “ümumi mətbəx sənəti” filmi və ardınca saat 19:00-da Arianna Qrekonun çəkdiyi “Kətan üzərində şərab” filmi tamaşaçıların seyrinə buraxılacaqdır.

Qeyd üçün bildirək ki, sözügedən filmlərin nümayişi ödənişsizdir və giriş sərbəstdir.

Hər birinizi bu cür gözəl və İtaliyanın özünəməxsus tərzdə hazırlanan filmlərini izləməyə dəvət edirik.