Avropada Təhsil

Avropada Təhsil Almaq Üçün 8 Ən Yaxşı Ölkə

2018/06/20 / 204

Əgər siz Avropada təhsil almaq haqqında düşünürsünzsə, böyük ehtimal ki, ağlınıza ilk Almaniya, Fransa, Böyük Britaniya gələcək, lakin Avropanın digər təhsil regionları haqqında da düşünməyə dəyər. Özündə ali təhsil sistemləri, maraqlı təhsil təcrübəsini, unikal mədəniyyət və böyük universitetləri birləşdirən 8 ölkədən biri sizin seçiminiz ola bilər.

1. İsveç

İsveç dünyada gender bərabərliyini, sağlamlıq və sərvətləri yüksək səviyyədə inkişaf edən ədalətli, dost ölkədir. Bura həmçinin davamlı olaraq, Şimali Avropanın gözəl təbiəti olan, eləcə də təhlükəsizlik və təmizliyi qorumaqla yüksək həyat səviyyəsinə malik olan ölkə kimi də tanınır. İsveç “QS Higher Education System Strength Rankings” sıralamasında 14-cü yerdə olmaqla, Skandinaviya regionunda birincilik qazanmışdır. Ölkə yalnız güclü təhsil sisteminə görə seçilmir, eləcə də İsveç universitetlərində tədris sistemi elə qurulmuşdur ki, tələbələr öz biliklərini tətbiq etməyə, yaradıcı, müstəqil və tənqidi düçünməyə açıqdırlar.İsveç universitetləri Avropada ən nüfuzlu universitetlərdən hesab olunur. “QS World University Rankings 2015/16”da 70-ci yerdə gələn Lund Universiteti bu baxımdan seçilir.

2. İtaliya

Siyahıda növbəti yeri Avropada təhsil almaq üçün ən yaxşı yerlərdən biri olan İtaliyatutur. İtaliya “System Strength Rankings” sıralamasında 13-cü yerdə qərarlaşmışdır. Ümumiyyətlə, öz zəngin tarixi ilə tanınan İtaliya həm də dünyanın ən prestijli və ən qədim universitetlərinin bir neçəsinin yerləşdiyi ölkədir. Təhsil almaq üçün İtaliyanı
seçən xarici tələbələr ölkənin həm yeni, həm də qədim zəngin mədəniyyəti, sosial həyatı, mənzələri şəhərləri eləcə də möhtəşəm irsi ilə yaxından tanış olub, ondan zövq alacaqlar. Ölkə ixtiraları, yenilikləri və yaradıcılığl ilə seçilməklə yanaşı, öz zəngin mətbəxi ilə də məşhurdur.

3. Avstriya

Əgər siz Avropada təhsil almaq haqqında düşünürsünüzsə, “System Strength Rankings” siyahısında 29-cu yerdə gələn Avstriya sizin üçün böyük seçim ola bilər. Belə ki, Avstriya musiqi və incəsənət sahəsində öz yenilikləri ilə tanınır. Avropanın mərkəzində yerləşən Avstriya həmçinin, İsveçrə və Almaniya kimi qonşu ölkələrə səyahət etmək istəyən tələbələr üçün də əla şansdır. Xizək sürməyi sevənlər alp şəhəri İnsbrukda özlərini evlərindəki kimi hiss edəcəklər. Paytaxt Vyana isə cəlbedici arxitekturası, yüksək həyat səviyyəsi və zəngin mədəniyyəti ilə məşhurdur.
Avstriyanın 7 ən yaxşı və qədim universitetlərindən biri olan Vyana Universiteti sıralamada 153-cü yerdədir. Avstriyanın bir çox incəsənət universitetləri və Fachhochschulen (Tətbiqi Elmlər Universitetləri) də daxil olmaqla geniş çeşiddə təhsil imkanları var.

4. Belçika

Avropada təhsil üçün növbəti ən yaxşı yerlərdən biri Belçikadır. Ölkədə 2 əsas dil icması vardır (Flamand və Fransız. Alman dili isə həmçinin ölkənin rəsmi dilidir.) Amma siz ingilis dilində təhsil almaq istəyirsinizsə, ingilis dilli proqramlara müraciət etmək şansınız da var. Belçika dadlı yeməkləri, gözəl təbiəti, tələbə şəhərcikləri və tarixi memarlığı ilə multikultural təhsil təcrübəsi təklif edir. Universitetləri beynəlxalq səviyyəlidir, onların arasında Katolike Universiteti Belçikanın ən yüksək səviyyəli universitet olmaqla, dünya sıralamasında 82-ci yerdədir.

5. Estoniya

Avropada təhsil üçün növbəti seçiminiz Estoniya ola bilər. Belə ki, ölkə rəqəmsal texnologiyalar sahəsində liderdir və bir neçə uğurlu layihələrə başçılıq edir. Estoniyada təhsil almaqla siz sağlamlıqdan tutmuş parkinqə qədər hər şeyi
rəqəmsallaşdırmaq kimi unikal təcrübələrə yiyələnəcəksiniz. Estoniyanın innovative fikirləri tələbələri yeni ideyalara həyata keçirməyə, buna təşəbbüs göstərməyə həvəsləndirir. Tartu Universiteti isə dünya universitetləri sırasında 400-cü yerdə qərarlaşmışdır

6. Polşa

Növbəti sırada Polşa yer tutur. Polşa həm Şərqi, həm də Qərbi Avropanın kəsişməsində yerləşir və mədəni və coğrafi cəhətdən fərqlənir. Bura təhsil almaq üçün möhtəşəm ölkələrdən biri hesab etmək olar. Ölkənin kifayət qədər ağrılı tarixi olsada, indi öz güclü iqtisadiyyatı və təhsil sistemi ilə seçilir. Qeyd olunan sahələr sürətlə inkişaf edir. Və bütün bunlar ölkəyə xarici tələbələrin axınını gücləndirir. 1364-cü ildə təsis olunan Jagiellonian Universiteti mötəbər təhsil ocaqlarından hesab olunur. Varşava Universiteti isə dünya sıralamasında 344 yerdə gəlir və bu Polşa üçün ən yüksək nəticədir. Tələbələr burada təhsil almaqla yanaşı, ölkənin paytaxtı Varşava, qədim şəhərləri, Tatra Dağları və Baltik dənizindəki çimərliklərindən zövq alacaqlar.

7. Çexiya

Şərqi Avropada yerləşən Çexiya Respublikası digər əsas təhsil ölkəsidir və “System Strength Rankings”də 38-ci yeri tutur. Çexiya Respublikası uzun müddətli yüksək həyat səviyyəsi, səhiyyə və mühəndislik kimi sahələrdə seçilir. Ən yüksək səviyyəli universitet 1348-ci ildə əsası qoyulan Çarlz Universitetidir. Çexiya univeristetləri həm digər universitetlər ilə beynəlxalq əməkdaşlığı, həm də ingilis dilli tədris proqramlarını artırır. Paytaxt Praqa Avropanın ən gözəl və cəlbedici şəhərlərindən biridir. Çexiya Respublikası həmçinin, Avropa təhsil ocaqları arasında aşağı ödəniş haqqı və daha uyğun qiymətə yaşayış xərcləri olan ölkələrdən biridir.

8. Portuqaliya

Əgər siz təhsil almaq üçün Portuqaliyanı seçsəniz, dəqiqdir ki, dostlarınız sizə qisqanacaq. Günəş şüası, mülayim havası və qumlu çimərlikləri olan bu ideal turizm region ən nüfuzlu universitetlərin vətənidir. “System Strength Rankings 35-ci yerdədir. Porto Universiteti isə dünya univeristetləri arasında 308-ci yerdə gəlir. Siz rəngarəng festivallar, musiqi, möhtəşəm gecə həyatı, idman və digər fəaliyyətlərdən zövq alacaqsınız.