page-cover

PAFOS: KEÇMİŞ VƏ İNDİKİ ZAMAN ARASINDA

46 Avropaya səyahət 2017/09/28

Gözəl sahil xətti, daşlı rayonlar və bir sıra arxeoloji sahələr sevgi və gözəllik tanrılarının sitayişinə birləşir. UNESCO-nun irsi sahəsi və Afroditanın dünyaya gəldiyi mifoloji yer olan Pafos Danimarkanın Orxus şəhəri ilə birlikdə 2017-ci ildə Avropanın Mədəniyyət paytaxtı adı verilib. Beləliklə, əgər siz həyatda bir dəfədə olsa Kiprə səyahət etmək planlaşdırsaz , o zaman bu ən lazımi ildir. Aralıq dənizində strateji yerləşməsi sayəsində, müxtəlif mədəniyyətlər arasında körpü yaratmaqda şəhərin rolunu dahada vurğulayan “qitələri birləşdirən, mədəniyyətlər arasında körpü yaradan” mövzusu altında birləşən açılış mərasimi ilə yanvarda tədbirlər, teatr tamaşaları, konsertlər və görüşlər ili başlayacaq. Tədbirlər üç makro hissəyə bölünür: “mif və din”, “dünya səyahətçiləri” və “gələcəyin pilləsi”.

TARİX, İNCƏSƏNƏT VƏ İSTİRAHƏT

Pafosda adətən oktyabr ayınadək davam edən yay bu şəhəri turizmin qeyri mövsüm zamanı ideal səyahət yeri edir, lakin yerli sakinləri hesab edir ki, Pafos mədəniyyət, incəsənət və tarix sevənlər üçün əla şəhərdir. Şəhəri məzuniyyət üçün əla səyahət yeri edən tək gözəl arxeoloji qalıqlar və çimərlikdə istirahət deyil. Həmçinin, bayırda çox saylı idman növləri ilə və şəhər ətrafı yürüş ilə məşğul olma imkanları var. Pafosun zirvəsində böyük gastronomi var və çox sayda kilsə və bənzərsiz bədii tikililər var, məsələn, Qubernator Sarayı. Və yaxud Fort, hansı ki şəhərin ən heyranedici komplekslərindən biridir. Bundan əlavə olaraq, arxeoloji zənginliyinə görə 1980-ci ildən Pafos UNESCO-nun irsi hissəsidir; bu Kipr ərazisinin tarixində qədim yunan, Roma, Bizans, Frenk, Venesiya və Osmanlıların olmasının nəticəsidir: Aralıq dənizi tarixində adanın bir qovşaqda meydana gətirdiyi mədəniyyətlərin bir yerə cəmləşməsidir.

AFRODİTAYA SİTAYİŞ

Artıq təhmin etdiyiniz kimi, Pafosun tarixi ziyarətçiləri tanrıların və insanların bir təmasda yaşadıqları qədim dünayaya apararaq tez tez əfasanələri və reallığın qarışdırır, Əfsanəyə görə, gözəl Afrodita, sevgi, gözəllik və məhsuldarlıq ilahəsi Pafosda dəniz səthində dünyaya gəlib. Əslində, Pafosun sahilində, Cape Aspron (şəhərdən təxminən 40 km) yaxınlığında, tanrıya həyat bəxş edən Petra tou Romiou qayası dayanır.

DAHA ƏTRAFLI…

https://www.paphos.com/v/attractions/

http://www.pafos2017.eu/en/

https://www.insightguides.com/destinations/europe/cyprus/pafos/overview