page-cover

NATIONAL GEOGRAPHIC İLƏ TƏDQİQAT TƏQAÜDÜ

46 Tədbirlər gündəliyi 2017/09/29

Dünyanın ən böyük qeyri-kommersiya təşkilatlarından biri olan National Geographic Society kəşfiyyat, araşdırma, texnologiya və konservasiya sahələrində innovativ və transformativ ideyalarla planetimizin biliklərini inkişaf etdirmək və gələcək üçün davamlı həllər tapmaq məqsədilə hər il elmi tədqiqatlara, eləcə də dünya miqyasında təhsil və ətraf mühitin qorunması proqramlarına subsidiya edir.

Layihələr mövzunun 3 kateqoriyasını əhatə etməlidir:

1. İnsan səyahəti: miqrasiya, iqlim dəyişikliyinə adaptasiya və mədəni diversifikasiya kimi görünür. Bu kateqoriya antropologiya, arxeologiya, paleoantropologiya, psixologiya, sağlamlıq və insan coğrafiyası layihələrini əhatə edir;

2. Vəhşi həyat və vəhşi yerlər: növləri, yaşam mühitini və ekosistemləri daha yaxşı başa düşmək və qorumaq üçün təbii ehtiyatların və bioloji müxtəlifliyin istismarına xüsusi diqqət yetirir. Bu kateqoriya biologiya, ekologiya və qoruq layihələrini əhatə edir;

3. Bizim dəyişən planet: yer üzünün tarixinə xüsusi diqqət yetirərək, indiki zamanda, keçmişdə və gələcəkdə yer və dəniz mühitlərinin tədqiqinə, onun qorunmasına və təbii fəlakətlərədək. Bu kateqoriyaya geologiya, dəniz ekologiyası, okeanoqrafiya və paleontologiya daxildir.

Bütün millətlərin vətəndaşları Təqaüd əldə etmək üçün iştirak edə bilərlər. Təkliflər özünəməxsusluq və yenilik tələblərinə cavab verməli, böyük maraq doğurmalı və bəzi dəyişikliklərə səbəb olmalıdır. Yalnız bir layihə təqdim edə bilərsiniz.

Təklif edilən üç maliyyə növü:

- Gənc tədqiqatçılara həsr olunmuş Erkən Karyera Təqaüdü, 5 min ABŞ dollarına qədər;

- Qabiliyyətli tədqiqatçılara həsr olunmuş, Standart Təqaüd , 15 min ABŞ dollarına qədər;

- Ekoloji sistemin mövcudluğu ilə bağlı təhlükələr və təbii fəlakətlər üzrə tədqiqatların maliyyələşdirilməsi üçün 30,000 ABŞ dolları həcmində Təqaüd.


National Geographic Society Araşdırma və Kəşfiyyat Komitəsi tərəfindən orta hesabla 12 ay müddətinə verilmiş təqaüdlər təyin olunur.


Son tarix: 1 Oktyabr 2017.


DAHA ƏTRAFLI…

https://www.nationalgeographic.org/grants/what-we-fund/

Müəlliflər: Roberto Ghizzoni,Punhan Sultanov