page-cover

Avropa İttifaqının yeni media layihələri və müsabiqələrin qaliblərinin mükafatlandırılması

177 Avropa Azərbaycanda 2017/07/20


Avropa İttifaqı media layihələrinin başlanmasını qeyd edir və müsabiqələrin qaliblərini təbrik edir

Bakı, 14 iyun 2017

14 iyunda Avropa İttifaqı Nümayəndəliyi media layihələrinin başlanmasını qeyd etmək üçün öz tərəfdaşlarını və dostlarını bir araya gətirmişdir.

Avropa İttifaqı Nümayəndəliyi, ADA Universiteti, ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi və ASAN Radionun birgə layihəsi olan "AvropadAsan" radio verilişinin artıq 2 proqramı efirə çıxmışdır. 100 FM radio dalğasında efirə çıxan "AvropadASAN” bir saatlıq radio verilişi olub, Avropa ilə bağlı təhsil, informasiya və əyləncəli xəbərlərdən bəhs edəcək və musiqi ilə müşayiət olunur. Verilişə Avropa İttifaqında mədəniyyət, təhsil, səyahət, musiqi dünyasının ən son trendləri barədə məlumatlar daxil olacaqdır. "AvropadASAN” Azərbaycanda baş tutacaq Avropa mədəniyyət tədbirlərindən danışacaq. Aİ-na Üzv Dövlətlərin Səfirlikləri ilə tərəfdaşlıqda Azərbaycanda fəaliyyət göstərən Aİ Nümayəndəliyi və Avropa Səfirlikləri tərəfindən təşkil olunan gələcək konsertlər, sərgilər, film festivalları, müsabiqələr və digər bayram tədbirləri barədə proqramda məlumat veriləcəkdir. "AvropadASAN” hər ayın birinci və üçüncü həftəsinin çərşənbə axşamı günləri saat 18.30-19.30-da efirə veriləcək, hər ayın ikinci və dördüncü həftəsinin cümə axşamı günlərində saat 14:00 - 15:00-da təkrarlanacaqdır.

www.SizinAvropa.az Avropa İttifaqı/Avropa Ittifaqı üzv ölkələri ilə Azərbaycan arasında qarşılıqlı əlaqə/mübadiləyə xüsusi diqqət çəkən, mədəniyyət, incəsənət, təhsil, mədəniyyətlərarası dialoq və turizm kimi mövzuları özündə əks etdirən Azərbaycan dilində olan bir veb platformadır. "United Cultures" şirkəti tərəfindən idarə olunan platformanın əsas məqsədləri Azərbaycanda Avropa qurumları ilə yerli əhalinin, xüsüsilə də, gənc nəsil arasında dialoqu gücləndirmək; mədəniyyət sahəsində əməkdaşlığı artırmaq; Avropa mədəniyyəti, təhsili, səyahət imkanları və mədəniyyətlərarası mübadilə barədə faydalı məlumat və xəbərlər vermək və s. kimi bir çox məsələlərdir.

Tədbir zamanı hekayə və foto müsabiqələrinin qalibləri də mükafatlandırılmışdır. Mart ayı boyunca Aİ-nın maliyyələşdirdiyi "EU NEIGHBOURS east" layihəsi Şərq Tərəfdaşlığı ölkələri olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan gənclər üçün "#EUaroundU – Hekayəni danış!" müsabiqəsini keçirmişdir. Gənclər Aİ-nın onların şəxsi həyatına və ya icmasına göstərdiyi təsirdən bəhs edən şəxsi hekayələrini yazmışlar. Müsabiqə nəticəsində Azərbaycandan 1-ci yerin qalibi Sara Rəcəbli Şərq Tərəfdaşlığı Gənclər Forumunda iştirak etmək üçün 22-23 iyun tarixlərində Polşaya səfər edəcəkdir (bütün xərclər ödənilir), ikinci yerə çıxmış müsabiqə iştirakçıları Cəmilə Musayeva və Günel Mirzəyeva elektron tabletlər qazanmışlar.

May ayında Aİ Nümayəndəliyi böyüklər arasında "Azərbaycanda Avropanı tap!" foto müsabiqəsini keçirmişdir. Iştirakçılar Aİ və ya Avropa ilə aydın əlaqəni göstərən Azərbaycanda çəkilmiş şəkilləri qısa məlumatla birgə göndərməyə dəvət olunmuşlar (binalar, yerlər, həyat tərzi və s.). Aİ Nümayəndəliyi üç qalibə sertifikat və müxtəlif dəyərdə olan kameralar hədiyyə etmişdir.