page-cover

Amsterdam - adı öz yerinə danışan şəhər

110 Avropaya səyahət 2017/08/21

Amsterdam - Hollandiyanın paytaxtı və ən böyük şəhəri, memarlığı, mədəniyyəti və gecə həyatı ilə turistlərin favorit şəhərləri arasında ilk sıralarda öz yerini tutur. XII əsrdə kiçik balıqçı kəndi, hal-hazırda isə Hollandiyanın paytaxtı, eyni zamanda, ən böyük şəhəri olan və memarlığı, mədəniyyəti ilə seçilərək Avropanın ən maraqlı şəhərlərindən biridir.

                                                              Tarixi


Adı ilk dəfə 1275-ci ildə çəkilən Amsterdam, 1301-ci ildə şəhər hüququ aldı. 16-cı əsrədək mühüm ticarət mərkəzi kimi tanınmış, 17-ci əsrdə beynəlxalq ticarət və kredit mərkəzinə çevrildi. 1795-1806-cı illərdə Bataviya Respublikasının, sonra Niderland krallığının paytaxtı oldu. 1940-45-ci illərdə almanlar tərəfindən işğal edildi.


Amsterdamda gəziləcək yerlər!

Amsterdamda gəziləcək yerlər arasında Dam Meydanı, Muzeylər Meydanı və Red Light District (Qırmızı Fənərlər Bölgəsi) əsas turistik yerlərdir. 1500-cü ildə körpüləri və valehedici memarlıq binaları ilə ziyarətçilərini ovsunlayan Amsterdamda kanal turunda iştirak etmədən şəhəri tərk etməyin.

Əgər bir şəhəri, ölkəni və mədəniyyəti tanımağın ən yaxşı yolunun orada saatlarla muzey gəzməkdir deyə düşünənlərdənsinizsə, Muzeylər Meydanı tamamilə sizə uyğundur deyə bilərik. İçərisində Van Gogh Muzeyi, Stedelijk Muzeyi, Rijksmuseum və Diamond Muzeyinin yerləşdiyi Muzeylər Meydanını ətraflı gəzmək üçün ən azı 1 gününüzü sərf etməlisiniz.

Dam Meydanı: Dam Meydanı turistlərin Amsterdama baş çəkdikdə ilk dayanacaqlarından biridir. Bir çox kafe, restoran, kilsə və muzeyə ev sahibliyi edir. 60-cı illərdə hippilərin dayanacağı olan meydanda bir çox festival ilə rastlaşa bilərsiniz. Royal Palace, Grand Hotel Krasnapolsky, Milli Abidə, Yeni Kilsə və Madame Tussaud’s Muzeyi, Dam Meydanını gəzə biləcəyiniz başlıca məkanlardır.


                                            Amsterdamda gecə həyatı

Amsterdam gecə həyatı deyildikdə, əlavə düşünməyinizə ehtiyac yoxdur. Çünkü siz “Amsterdamda nə etməliyəm?” deyə qərar mərhələsində olarkən onlarla alternativ ilə qarşılaşa bilərsiniz. Hər tərzdə zövqə uyğun əyləncə həyatına sahib olan Amsterdamda gündüzlər sakit və daha səssiz olduğu halda, küçələr hava qararmağa başladıqda isə aşıb-daşmağa başlayır. Xüsusilə də Red Light District gecə saatlarına qədər yerli əhali və turistlərin axınına məruz qalır.

Amsterdamın “Şimalın Venesiyası” olaraq tanınmasının səbəblərindən biri də təbii ki məşhur kanallarıdır. Şəhərdə yaşayanlar və turistlər üçün nəqliyyat rahatlığını təmin edən kanallar, eyni zamanda şəhərə tamamilə vizual gözəllik qatmaqdadır.

Sizi yuxulamağa qoymayacaq gecə klublarının ən məşhurları Rembrantplein və Leidsepleində yerləşir. Bir çox festivala ev sahibliyi edən Amsterdamın gecə həyatı xüsusilə gənclər və turistlərin diqqətini cəlb edir. Barça, Escape, Supper Club, Paradisco, Panama Amsterdamda baş çəkməli olduğunuz məkanlardan sadəcə bir neçəsidir.  


    Amsterdamda nə yeyək?

Zəngin mətbəxə sahib olmayan Amsterdamda müxtəlif mədəniyyətlərin yeməklərini asanlıqla əldə edə bilərsiniz. Hollandiyaya məxsus pendir, pivə və kartof qızartması ilə menyularınızı bəzəyə bilərsiniz. Kokteyl və müxtəlif növlərdə olan pivələri dada biləcəyiniz barlara rast gələ bilərsiniz. Amsterdam’da Michelin Ulduzunu almaq hüququnu əldə edən restoranlar arasında Ciel Bleu, Bord'Eau, Lastage, La Rive və Vinkeles əsas yer tutur.



Müəllif: Pünhan Sultanov