Yaxşı ingilis dili kursları necə olmalıdır?

İngilis dili dünyanın beynəlxalq dilidir. Bir çox ölkələrdə ikinci rəsmi dil kimi istifadə olunur. Demək olar ki, resursların hamısı ingilis dilindədir. İngilis dilini bilməklə siz dünyaya qapı açmış olursunuz. İnsanlar ingilis dilini müxtəlif səbəblərdən öyrənirlər. Kimisi xaricdə təhsil, kimisi iş həyatında daha yüksək vəzifəyə keçmək üçün, kimisi isə sadəcə yeni dil öyrənməyin həvəsində olur. Bəziləri self-study ilə ingilis dilini öyrənirlər. Lakin vaxt məhdudiyyəti və işlərinin çoxluğu ilə əlaqədar kurslara gedənlərin sayı da az deyil. Azərbaycanda da ingilis dilini öyrədən çoxsaylı kurslar mövcuddur. Təbii ki, bu kursların hamısı keyfiyyətli təhsil vermir. Bəs ümumiyyətlə, yaxşı ingilis dili kursları necə olmalıdır?

Müasir öyrətmə metodu

Texnologiya inkişaf etdikcə ənənəvi tədris metodu da tarixə qovuşur. Tələbələr artıq köhnə metodlarla deyil, yeni, müasir əsaslarla dil öyrənməyin tərəfdarıdır. Yüksək texnologiyaların inkişafı müəllimlərə imkan verir ki, xarici dili daha fərqli metodlarla tədris etsinlər. Xüsusilə, azyaşlı uşaqlar öyrənməyə daha həvəsli olduqları üçün o yaş dövrlərində onlara maraqlı üsullarla ingilis dilini öyrətmək daha effektiv olacaq.

Keyfiyyətə zəmanət

Bildiyiniz kimi, kursların sayı artdıqca keyfiyyət məsələsi də ön plana çıxır və yaxşı ingilis dili kurslarını tapmaq da çətinləşir. Facebook, Instagram kimi sosial şəbəkələrdə yüzlərlə kursların reklamlarını görə bilərsiniz. Bəs bu kursların hansının daha keyfiyyətli təhsil verdiyini necə bilə bilərik?

İlk növbədə həmin kursun tələbələrinin göstərdiyi nəticələrə baxmaq lazımdır. “Görünən dağa nə bələdçi?”. Belə demək olar ki, yaxşı kursun reklama ehtiyacı yoxdur. Yaxşı kurslar yüksək nəticələr göstərən tələbə yetişdirdikləri üçün ora axın da çox olur. Düzdür, yüksək nəticə göstərmək təkcə kursdan asılı bir şey deyil. Burada tələbənin də məsuliyyəti vacibdir. Ümumilikdə götürdükdə isə ingilis dili kursları axtararkən ordan çıxan məzunları da araşdırıb əlaqə saxlayın.

Dərslərdə iştirak edən tələbə sayı

Dərslərdə iştirak edən tələbə sayı nə qədər az olarsa, dərsin effektivliyi də bir o qədər çox olacaq. Müəllimlər hər bir tələbəyə fərdi yanaşacaq və tədris prosesi zamanı yaranan çətinlikləri daha tez görüb aradan qaldıra biləcəklər. Lakin bu bir qrupda ondan çox tələbə olan hallara aid deyil. Belə qruplarda bir saatlıq dərslərdə hər tələbəyə fərdi yanaşmaq olmur. Ona görə də kurs seçərkən xüsusilə qrupda maksimum tələbə sayına diqqət yetirmək lazımdır.

İnteraktiv öyrənmə mühiti

İnteraktiv öyrənmə metodu nədir? İnteraktiv dərslərdə nəzəriyyə deyil, praktika ön plana çıxır. Tələbələrin aktivliyi, bir mövzu ətrafında müəllim-tələbə müzakirəsi, qruplarla iş interaktiv öyrənmə mühitini təşkil edir. İnteraktiv mühitdə siz vaxtın necə gəlib keçdiyini də hiss etməyəcəksiniz. Öyrəndikləriniz daha yaddaqalan və maraqlı olacaq.

Çoxillik təcrübə

Kursların sayı çoxdur, lakin onların arasında az bir qismi çoxillik təcrübəyə malikdir. Çoxillik təcrübəyə malik ingilis dili kursları kurslarının yetişdirdiyi tələbələr də yüksək nəticələr əldə edir. Kurslara yazılmazdan əvvəl mütləq sınaq dərsləri tələb edin. Beləlikə, siz həmin kursun tədris metodu haqqında ümumi anlayışa sahib olacaqsınız.

WeCreativez WhatsApp Support
Bizim müştəri xidməti suallarınıza cavab verməyə hazırdır. Xahiş edirik sualınızı yazın!