
Avropaya səyahət turistləri xüsusilə cəlb edir, lakin viza rejimi səbəbindən bəzi insanlara Avropa ölkələrinə səyahət əlçatmaz görünür. Buna görə də biz Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəkləri Avropa ölkələrinin siyahısını tərtib etmək qərarına gəldik.
Əgər hələ də Avropada olmamısınızsa, bu yay tətiliniz üçün istiqaməti aşağıdakı ölkələr arasında seçə bilərsiniz:
Moldova – 90 gün
Makedoniya – 90 gün
Monteneqro – 90 gün
Bosniya və Herseqovina – 90 gün
Albaniya – 90 gün
Serbiya – 30 gün