Noyabrın 18-dən 24-nə qədər Bakıda bütün dünyada keçirilən "İtaliya Mətbəxi Həftəsi" keçiriləcək.

Bu tədbir çərçivəsində paytaxtımızın italyan restoranları İtaliyanın regionlarının mətbəxinin müxtəlifliyi ilə yaxından tanış olmağı təklif edirlər. "İtaliya Mətbəxi Həftəsi" —  İtaliyanın əlamətdar yeməkləri ilə tanış olmaq üçün əla imkandır.



Həmçinin "İtaliya Mətbəxi Həftəsi" çərçivəsində Bakıda İtaliyanın tanınmış aşpazları ilə görüşlər keçiriləcək, və paytaxtın iri ticarət mərkəzlərində İtaliya məhsullarının promo-aksiyaları keçiriləcək. Azərbaycanlı yeməksevərlər ən tanınmış italyan aşpazlarının işlərini və ölkəmizin ən məşhur markalarının məhsullarını tanıya biləcəklər. Moda nümayişi və musiqi, Bakıda İtalyan mətbəxi həftəsini bu günə qədər Azərbaycanda təşkil edilən İtalyan həyat tərzindəki ən sensasiyalı hadisəyə çevirərəkdir.



Tədbirin əsas məqsədi İtaliya mətbəxini və yüksək keyfiyyətli qida və şərab ənənələrini bütün dünyada təbliğ etməkdir.

Bakının ən yaxşı italyan aşpazlarının hazırladığı xüsusi dadlı menyularla İtaliyaya səyahətə çıxın.



"İtaliya Mətbəxi Həftəsi" çərçivəsində paytaxtımızın bu beş ən yaxşı italyan restoranlarında xüsusi menyular təqdim olunacaq və Siz bu menyuları yalnız noyabrın 18-dən 24-dək dada biləcəksiniz. 
 
  • Port Baku Mall-da Baccanale restoranı – Menyu “A tavola con Bacco”, Aşpaz Zoran Golubovic.
  • Da Massimo restoranı – Menyu “Milano – Torino”, Aşpaz Massimo Fuse’.
  • Oronero restoranı – JW Marriott Hotel Absheron – Menyu “Vacanze romane”, Aşpaz Francesco Lattarulo.
  • Scalini Port Baku Tower restoranı – Menyu ‘Calabria and Sicily’, Aşpaz Elio Bevilacqua.
  • Zafferano restoranı – Four Seasons Hotel – Menyu “Un salto in Toscana”, Aşpaz Luca Casini.



Tədbirlərin tam cədvəlinə Italia.az saytında baxa bilərsiniz.