Venesiyanın Ca’ Foscari universiteti 11 dekabr 2019-cu ildə ADA universitetində keçirilmiş Təhsil Sərgisində iştirak etdi. Ca’ Foscari Bakı Ofisinin nümayəndələri bu universitetdə oxumağın üstünlüklərini və perspektivini vurğulayaraq tələbələrə universitet haqqında məlumat verdilər.

Məlumat üçün bildirək ki, 1868-ci ildə qurulan, Venesiyanın Ca 'Foscari Universiteti müasir dillər, humanitar və s. elmləri sahəsində geniş təlim proqramları təklif edən ali təhsil ocağıdır.

Tədqiqatların üstünlüyü nəticəsində Ca’Foscari universiteti İtaliyada üçüncü yerdədir, eləcə də, Avropa Komissiyasının Mariya Küri təqaüdünü qazananların arasında Avropanın 10 ən yaxşı ali təhsil ocağı siyahısındadır.

Beynəlxalq səviyyəli QS reytinqində Ca’ Foscari müasir dillər üzrə dünyanın ən yaxşı 150, tarix üzrə 200, iqtisadiyyat və ekonometriya üzrə isə 250 universitet siyahısındadır . Ca' Foscari əsrarəngiz Venesiya şəhərində yerləşir. Küçələr və avtomobilləri əvəz edən kanallar və gəmilər şəhəri olan Venesiya nadir tarixi mərkəz olduğuna görə UNESCO-nun mədəni irs siyahısına əlavə olunub.